• $
  • €
  • ₽
  • ₺
  • £

Yelo Bank-dan Qarabağın dirçəldilməsinə dəstək - “Parlaq Zəfər” əmanəti

Yelo Bank-dan Qarabağın dirçəldilməsinə dəstək - “Parlaq Zəfər” əmanəti
05.11.2021 10:39
"Parlaq Zəfər” əmanəti aç, Qarabağın dirçəlişinə dəstək ol!

Yelo Bank Qarabağ Dirçəliş Fondu (QDF) ilə əməkdaşlığı əsasında yeni "Parlaq Zəfər” əmanətini təqdim edir. Bu məhsulun əsas fərqləndirici cəhəti odur ki, müştəri bu əmanəti açmaqla həm özü faiz gəliri əldə edir, həm də QDF-ə ianə etmiş olur. Belə ki, illik 10.5% dərəcəsi ilə təklif olunan "Parlaq Zəfər” əmanətindən 10%-i müştəri qazanmış olur, qalan 0.5%-i isə onun razılığı əsasında fonda köçürülür.

"Parlaq Zəfər” əmanətinin məqsədi işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, Qarabağın dayanıqlı iqtisadiyyata və güclü regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstək olub, eyni zamanda Fonda köçürülən ianələrin artımını təşviq etməkdir. Hər bir əmanətçiyə müddətin sonunda Yelo Bank və Qarabağ Dirçəliş Fondunun adından ianə sertifikatı təqdim ediləcək.

Qeyd edək ki, əmanət məhsulu üzrə faizləri pulsuz plastik kart vasitəsi ilə də əldə etmək mümkündür. Əmanət üzrə minimal məbləğ 100 AZN olmaqla 1 illik müddətə və məhdudiyyətsiz sayda açıla bilər.
Ötən il müzəffər ordumuzun parlaq zəfəri sayəsində torpaqlarımız işğaldan azad edildi. Bu qələbə torpaqlarımızın bizə necə dəyərli olduğunu bir daha sübut etdi. Yelo Bank illərdir həsrətini çəkdiyimiz torpaqların dirçəlişi üçün hər kəsi görülən işlərə dəstək olmağa və bu əmanətə yatırım etməyə çağırır. Qarabağın inkişafında sizin də payınız olsun!
Ətraflı: https://www.yelo.az/az/individuals/deposits/zefer-emanet/

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook və Instagram hesablarımıza yazın, məmnuniyyətlə cavablandıraq!
Yelo Bank -  Parlaq Bankçılıq.
 






www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol