• $
  • €
  • ₽
  • ₺
  • £

Ruslan Əliyev növbəti dəfə KİV nümayəndələri ilə görüşdü - Fotolar

Ruslan Əliyev növbəti dəfə KİV nümayəndələri ilə görüşdü - Fotolar
05.11.2021 16:29
Aksiya çərçivəsində "Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün növbəti dəfə Kütləvi İnformasiya Vasitələri (KİV) nümayəndələri ilə görüş keçirib.

"Azəriqaz” İB-dən  daxil olan məlumata görə, sayca 3-cü dəfə təşkil olunan aksiyada baş direktor media nümayəndələrinin ünvanladıqları sualları cavablandırıb.

R. Əliyev, həmçinin sosial şəbəkə üzərindən daxil olan suallara da aydınlıq gətirib. Baş direktor bildirib ki, aksiya təşkil olunmamışdan öncə sosial şəbəkələr və saytlar vasitəsilə aksiyanın keçirilməsi ilə bağlı əvvəlcədən məlumat verilməsi hər ötən aksiyada media nümayəndələrinin daha aktiv iştirak etmələrinə səbəb olur.

KİV nümayəndələrinə aksiyada iştirak etmək, habelə onları maraqlandıran sualları heç bir maneə olmadan birbaşa "Azəriqaz” İB-nin baş direktoruna ünvanlamaqları üçün istənilən şərait yaradılır. Birliyin baş direktoru bir daha media nümayəndələrini bu aksiyada fəal iştirak etməyə çağırıb.

"Açıq qapı” aksiyası hər həftənin 5-ci günü saat 10:00-dan 12:00-a qədər "Azəriqaz” İB-nin inzibati binasında təşkil olunur. Həmçinin mətbuat nümayəndələri ilə keçirilən görüş Birliyin rəsmi "Facebook” səhifəsində canlı yayımlanır.
 







www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol