• $
  • €
  • ₽
  • ₺
  • £

Serkan Koç AccessBank əməkdaşları üçün təlim keçdi

Serkan Koç AccessBank əməkdaşları üçün təlim keçdi
16.11.2021 11:24
Türkiyənin məşhur biznes konsultantı Serkan Koç AccessBank əməkdaşları üçün təlim keçdi. 2 gün davam etmiş təlimlərdə Bankın biznes müştərilərinin cəlbi ilə məşğul olan əməkdaşları iştirak etdilər. Təlimlərdə əsasən orta və iri korporativ müştərilərin idarə edilməsi, effektiv kommunikasiya və müştəri tələblərinin müəyyən olunması mövzuları müzakirə olundu.  

AccessBank-ın Pərakəndə Bankçılıq üzrə İcraçı Direktoru İlkin Quliyev vurğuladı ki, Bankın əsas strategiyası məhz biznes müştərilərə xidmət etməkdir:”Biznes müştərilərimizə yüksək xidmət göstərmək başlıca hədəflərimizdən biridir. Bu səbəbdən Bank olaraq, əsas dəyərimizə - insan kapitalına invesitisiya edirik, komanda üzvlərinin inkişafı üçün təlim və seminarlar təşkil edirik. 2 gün ərzində Serkan bəy beynəlxalq biznes təcrübələri ilə bölüşdü, real keyslərədən nümunələr çəkdi və əməkdaşlarımızla birgə biznes proseslərin optimallaşdırılması üzərində çalışdılar. Təcrübə mübadiləsini kənardan izləmək çox maraqlıdır”. 
Serkan Koç AccessBank-da keçdiyi təlimdə öyrətməklə yanaşı, özünün də yeni biliklər əldə etdiyini qeyd etdi:"Mən təlimlərdə qarşılıqlı təcrübə mübadiləsinə üstünlük verirəm. Bu mənə hər dəfə yeni biliklər əldeə etməkdə yardım edir. AccessBank əməkdaşları ilə satış və danışıqların aparılması sahələri üzrə müzakirələr apardıq. Təlim zamanı mən də yeni satış üsulları öyrəndim, əməkdaşların iş təcrübələri, real keysləri, yerli bazarın durumu ilə yaxından tanış oldum. AccessBank komandası ilə növbəti görüşləri böyük səbrsizliklə gözləyirəm”.

Qeyd edək ki, 27 illik biznes təcrübəsinə malik Serkan Koç Türkiyə, Azərbaycan və Estoniyada bir neçə şirkətin rəhbəri olmaqla bərabər, həm də regionda tanınan konsultantdır. O, rəqəmsal strategiya üzrə məsləhətçi və uğurlu CEO olaraq, digital və biznes transformasiya, innovasiya mədəniyyəti və müştəriyönümlü yanaşmanın müxtəlif aspektləri mövzularında təlimlərlə çıxış edir. 

"AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.  







www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
İqtisadiyyat 15:29
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
İqtisadiyyat 15:18
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
İqtisadiyyat 14:43
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
İqtisadiyyat 13:10
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
İqtisadiyyat 12:10
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol