• $
  • €
  • ₽
  • ₺
  • £

Ruslan Əliyev: “2022-ci ildən qaz çəkilişi qaydaları dəyişəcək"

Ruslan Əliyev: “2022-ci ildən qaz çəkilişi qaydaları dəyişəcək"
26.11.2021 14:19
"Azəriqaz” İstehsalat Birliyinin elə abonenetləri var ki, il ərzində onların 10-15 dəfə sayğac qutusunu dəyişirik".

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İB-nin Baş direktoru Ruslan Əliyev bu gün keçirilən "Açıq qapı” aksiyasında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
O bildirib ki, ancaq "Azəriqaz” buna da gedir: "Bəzən belə abonentlər sosial şəbəkədə bununla bağlı yazır, sayğacın şəklini qoyur. Amma biz daha ona reaksiya vermirik, çünki həmin abonentin sayğac qutusunu keçən həftə dəyişmişik. Görünən budur ki, həmin abonent sayğac qutusunu hansısa formada düzgün bağlamır, sayğac qutusu sınır və sairə”.

R. Əliyev deyib ki, qurumun bütün mövcud abonentlərə sayğaca qədər və hətta sayğac da, sayğac qutusu da daxil olmaqla bütün xidmətlər birmənalı ödənişsizdir: "Ancaq yeni abonent olmaq üçün abonentə sayğac və qutu ödənişsiz verilir. Qaldı ki, abonent digər fərdi evlərdə bir mənbə olaraq qazın çəkilişini həyata keçirmək istəyirsə, bunun üçün də xüsusi lisenziyalı təşkilatlar var ki, onlar da mərkəzləşdirilmiş formada işləyirlər”.

O qeyd edib ki, amma bununla da bağlı cəmiyyətdə müəyyən narazılıq və narahatçılıq var: "Çalışacağıq ki, 2022-ci ilin yanvar ayından qaz çəkilişi alyans formasında deyil, abonentlər həmçinin fərdi formada da davam etdirə bilsinlər. Artıq bununla bağlı müəyyən müqavilə forması hazırlamışıq. İstənilən lisenziyalı təşkilat bu işi həyata keçirə bilər. Ancaq bizimdə orada öz şərtlərimiz var. Çünki onlar bizdən sayğac götürürlər və onun şəbəkəyə quraşdırılmasına bir cavabdehlik olmalıdır. Bunun üçün də yanvar ayından bu sahədə müəyyən qaydalar dəyişəcək”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol