• $
  • €
  • ₽
  • ₺
  • £

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təlim keçirib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təlim keçirib
21.12.2021 10:36
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin  təşəbbüsü ilə "Həkim məsləhət komissiyalarının işinin təşkili və idarə edilməsi” mövzusunda təlim təşkil olunub.  
 
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda keçirilən təlimdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyinə verilmiş Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən mərkəzi xəstəxanalarının direktorları, həmin xəstəxanların nəzdində fəaliyyət göstərən həkim məsləhət komissiyalarının sədrləri, poliklinika şöbələrinin və ailə sağlamlıq mərkəzlərinin müdirləri, Agentliyin Quba filialının rəhbəri və Çağrı mərkəzi xidmətinin əməkdaşları iştirak ediblər.  
 
İştirakçılara Həkim Məsləhət Komissiyasının işinin təşkilində istinad olunan hüquqi sənədlər, "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilmə Qaydası”,  "Əmək qabiliyyəti olmamaq vərəqələrinin  təmin edilməsi, qeydiyyatı saxlanılması və doldurulması Qaydası”, "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”  haqqında ətraflı məlumat verilib. 
 
Təlimdə həmçinin "Həkim Məsləhət Komissiyasının rəylərinin qeydiyyatı kitabının təhlili”, "Əmək qabiliyyətinin itirilməsi vərəqələrinin qeydiyyatı kitabının təhlili” və "Tibbi-Sosial Ekspert Komissiyasına verilən göndərişin (TQS № 088) təhlili” mövzularında təqdimatlarla çıxışlar edilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.       
 
Məruzəçi qismində Agentliyin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli, Əlillik məsələləri üzrə nəzarət şöbəsinin koordinatoru Şöhrət Söyziyev, 13 nömrəli Şəhər Poliklinikasının baş həkimi Elnarə Hüseynova, 20 nömrəli Şəhər Poliklinikasının baş həkiminin inzibati məsələlər üzrə müavini Tahirə Əfəndiyeva, Pirallahı Tibb Mərkəzinin direktoru Azər Zeynalov və 9 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkim nevropatoloqu Elşad Əliyev çıxış ediblər. 
 
Respublika üzrə fəaliyyət göstərən tibb müəssisələrinin həkim məsləhət komissiyyalarının fəaliyyətinin təkmilləşdirilməsi məqsədini daşıyan analoji təlimlərin digər tibb müəssisələrinin əməkdaşlarına da keçirilməsi nəzərdə tutulub. Hazırda TƏBİB-in tabeliyindəki 143 tibb müəssisəsi tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər vermək hüququna malikdir. 
 







www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol