• $
  • €
  • ₽
  • ₺
  • £

İşsizlərə ŞAD XƏBƏR!!! Prezident vacib fərman imzaladı

İşsizlərə ŞAD XƏBƏR!!! Prezident vacib fərman imzaladı
23.12.2021 18:58
Prezident İlham Əliyev "İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” Qanunun tətbiqi barədə Fərman imzalayıb.

Anews.az xəbər verir ki, müəyyən edilsin ki, "İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 9-cu (hər iki halda) və 10-cu hissələrində, 4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

Həmin Qanunun 3-cü maddəsinin 9-cu hissəsində (birinci halda) "orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi nəzərdə tutulur;

Həmin Qanunun 3-cü maddəsinin 9-cu hissəsində (ikinci halda) "orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya nəzərdə tutulur;
Həmin Qanunun 3-cü maddəsinin 10-cu hissəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi nəzərdə tutulur;

Həmin Qanunun 4-cü maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi və Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya nəzərdə tutulur.
Nazirlər Kabineti "İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 403-VIQ nömrəli Qanunundan irəli gələn məsələləri həll etməlidir.
İqtisadiyyat Nazirliyi:

İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin gəlirlərinin yerinə yetirilməsi üçün tədbirlər görsün və bu barədə ildə iki dəfə Prezidentə və Nazirlər Kabinetinə məlumat verməli;

Büdcə təşkilatlarının 2022-ci il yanvarın 1-dək yaranmış işsizlikdən sığorta haqları üzrə borclarına dair məlumatları 20 (iyirmi) gün müddətində Maliyyə Nazirliyinə təqdim etməli;
"İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 403-VIQ nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etməlidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:
İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin xərclərinin yerinə yetirilməsi üçün tədbirlər görsün və bu barədə ildə iki dəfə Prezidentə və Nazirlər Kabinetinə məlumat verməli;

"İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 403-VIQ nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etməlidir.
Maliyyə Nazirliyi və büdcədən maliyyələşən təşkilatlar büdcədənkənar vəsaitlər üzrə əvvəlki illərdə yaranmış işsizlikdən sığorta haqları üzrə borclarını 2022-ci il üçün xüsusi vəsaitlərin smetalarında nəzərə almalıdırlar.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, şəhər və rayon icra hakimiyyətləri dövlət təşkilatlarının, o cümlədən büdcədən maliyyələşən təşkilatların işsizlikdən sığorta üzrə sığorta haqlarını vaxtında və tam ödəməsini təmin etmək üçün İqtisadiyyat Nazirliyinin tabeliyindəki qurumlarla birlikdə tədbirlər görməlidirlər.
Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol