• $
  • €
  • ₽
  • ₺
  • £

ABB bizneslər üçün tam yeni İnternet Bank xidmətini təqdim etdi!

ABB bizneslər üçün tam yeni İnternet Bank  xidmətini təqdim etdi!
29.12.2021 12:56
Etibarlı biznes tərəfdaşı olan ABB korporativ müştərilərin rahatlığı məqsədilə tam yeni İnternet Bank xidmətini təqdim edib. ABB-nin təqdim etdiyi bu rəqəmsal həll istifadənin indi daha rahat və sadə olması, əməliyyatların sürətliliyi ilə seçilir.

Bizneslərə lazım olan bütün bank xidmətlərini ABB-nin filial və şöbələrinə gəlmədən istənilən yerdən İnternet Bank vasitəsilə əldə etmək mümkündür. Yeni İnternet Bankın geniş imkanlarından həm böyük korporativ müştərilər, həm kiçik və orta sahibkarlar, həm də sahibkar fiziki şəxslər yararlana bilər. 
ABB bizneslərin ehtiyaclarını nəzərə alaraq yeni İnternet Bank xidmətini daha da təkmilləşdirəcək. Xidmətə yeni funksionallıqlar əlavə olunacaq. Növbəti inkişaf dövründə İnternet Bank-a bank fəaliyyətindən kənar bir çox xidmətlər də inteqrasiya olunacaq.    

 ABB-nin korporativ biznes üzrə baş direktoru Nərgizxanım Biləndərli hazırda Bankın korporativ müştərilərinin həyata keçirdikləri əməliyyatların 90%-nin İnternet Bank vasitəsilə yerinə yetirildiyini qeyd edib. Onun sözlərinə görə, yeni İnternet Bank xidmətini ABB-nin Rəqəmsal inkişaf mərkəzi tamamilə yenidən qurub: "Yeni İnternet Bank xidmətimiz müştərilərimizin işini daha da asanlaşdıracaq. Onlar xidmətin rahatlığından, geniş funksionallıqlarından, sadəliyindən və sürətindən məmnun qalacaqlar”.  

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. 

















www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol