AZAL-dan Bakı və İrəvandan İstanbula biletlərin qiymətləri ilə bağlı AÇIQLAMA

Sosial şəbəkələrdə Bakı və Yerevandan İstanbula yerinə yetirilən reyslərə aviabiletlər arasında böyük fərqin olduğu haqqında məlumatlar yayılır.
Bu barədə AZAL-dan açıqlama verilib.
Bildirilib ki, aviaşirkətlərdə sərt tariflər yoxdur – aviabiletlərin qiymətləri aviaşirkətlər tərəfindən daimi təsbit edilmir. Bu qiymətlər tələbat və təklifdən, təyyarədə yerlərin dolmasından, alış tarixindən, bayram və məzuniyyət dövründə tələbatın artması ilə əlaqədar mövsümi dəyişikliklərdən asılı olaraq müəyyən edilir.
Bu səbəbdən, əgər aviaşirkət biletləri yeni satışa çıxarırsa, təbii ki, bu biletlərin qiyməti həmin istiqamətdə biletləri çoxdan satan aviaşirkətlərin qiymətindən aşağı olacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Son xəbərlər 
Daha çox 






















