• $
  • €
  • ₽
  • ₺
  • £

Britaniya Rusiyanı SWIFT ödəniş sistemindən ayırmaq istəyir

Britaniya Rusiyanı SWIFT  ödəniş sistemindən ayırmaq istəyir
25.02.2022 14:30
London Rusiyanı SWIFT beynəlxalq bank ödəniş sistemindən ayırmağın tərəfdarıdır, lakin bəzi ölkələr Ukraynaya qarşı hərbi kampaniyaya başladığı üçün bu cür sanksiyalara etiraz edirlər, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib.

"Biz daha da irəli getmək istərdik, Rusiya banklarına bütün dünya üzrə ödənişlər etməyə və qaz üçün pul almağa imkan verən SWIFT sistemindən ayırmaq niyyətimiz var. Ancaq bu kimi məsələlərin həlli beynəlxalq təşkilatlardan asılıdır. Bütün ölkələr onları SWIFT sistemindən çıxarmaq istəmirsə, bunu etmək çətindir”, - deyə nazir BBC televiziyasına müsahibəsində bildirib.
 
SWIFT – məlumat mübadiləsini aparan və ödənişləri həyata keçirən eyni adlı banklararası sistemə nəzarət edən beynəlxalq təşkilatdır.

Daha sadə desək, dünyada bir neçə beynəlxalq banklararası sistem mövcuddur, SWIFT isə onlardan ən geniş yayılmışıdır. O, fərqli ölkələrdən olan təşkilatların ödənişlərini bir-birinə sürətli, etibarlı və nisbətdən aşağı komissiya ilə köçürməyə imkan verir.

SWIFT – "Society for Worldwide Interbank Financial Telecommunication” (dünya miqyasında banklararası maliyyə kommunikasiyaları icması) kimi açılışı olan abreviaturadır.
 
Ləman Qasımova

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol