• $
  • €
  • ₽
  • ₺
  • £

"Yaşıl kart" saxta sığorta şəhadətnamələrinin sahibləri problem yaşayacaq

"Yaşıl kart" saxta sığorta şəhadətnamələrinin  sahibləri problem yaşayacaq
14.03.2022 13:20
Azərbaycan İcbari Sığorta və Türkiyə Motorlu Taşıt bürosu hər iki ölkə ərazisində saxta sığorta şəhadətnamələrinin daşıyıcılarını aşkarlamaq məqsədilə  iki ölkənin "yaşıl kart" sistemlərinin inteqrasiyası ilə bağlı memorandum imzalayıb. 

Azərbaycan İcbari Sığorta bürosunu rəhbəri Rəşad Əhmədovun sözlərinə  görə, Azərbaycanda 2016-cı ildə "yaşıl kart" siğorta şəhadətnamələrini verməyə başlayıb. Hazırda dünyanın 48 ölkəsinə səyahət edən  avtomobil sahibləri "yaşıl kart" sığorta şəhadətnaməsi alaraq  bu ölkələrin ərazisində qəza törətdiyi halda öz itkilərini sığorta hesabına  ödəyə bilirlər. 
 
Yeni memorandum iki problemin həllinə imkan yaradacaq. 
 
1. Yük və minik avtomobil sahiblərinin saxta sığorta şəhadətnamələri asanlıqla aşkar ediləcək. 

2. Sığorta şirkətləriazad olacaqlar. 
 
Belə ki, Rəşad Əhmədovun bildirdiyinə görə, avtomobillər gömrük məntəqələrində sığorta şhadətnamələrini təqdim edəcək . "Yaşıl kart"  elektron ödəniş sistemi vasitəsilə bu şəhadətnamələrin doğru və ya saxta olduğu rahat müəyyən ediləcək.
 
Rəşad Əhmədov hazırda Azərbaycanın  sığorta şəhadətnamələrinin dünyanın 48 ölkəsində keçərli olduğunu bildirib. Amma onlardan yalnız Türkiyə ilə elektron sistemlərin inteqrasiyasının təşkil edilib.
 
Onun sözlərinə görə, dünyada bu ilkdir. Hazırda Türkiyə, Yunanıstan və Bolqarıstanl da "yaşıl kart" elektron sistemlərinin inteqrasiyasını təşkil etmək istəyir. Beləliklə , Türkiyə vasitəsilə Azərbaycan gömrükçüləri Bolqarıstan və Yunanıstanda verilən sığorta şəhadətnamələrinin də doğru və ya saxta olduğunu müəyyən edə biləcəklər.
 
Rəşad Əhmədov Anews.az-a açıqlamasında onu da söylədi ki, hazırda Azərbaycan Sığorta şirkətləri ən çox Rusiya və Türkiyəyə gedən minik və yük avtomobillərinə  sığorta şəhadətnaməsi verir. Belə ki , sığorta şəhadətnaməli üzrə illik dövriyyə 2 milyon manat təşkil edirsə onun 45% Rusiyanın, bir o qədəri Türkiyənin, 10%-i isə digər ölkələrin payına düşür. Digər ölkələrn də arasında Almaniya daha çox paya malikdir. 
 
Rəşad Əhmədov bildirdi ki, Azərbaycan  Rusya ilə də "yaşıl kart" elektron sisteminin inteqrasiyası barədə düşünür. 

"Sığorta sistemləri siyasi platforma deyil. Rusiya-Ukrayna müharibəsi bizim işimizə təsir etməyəcək. Amma müharibə səbəbindən Rusiyaya və əks istiqamətdə gedən avtomobillərin sayı azalsa Rusiya ilə sığorta şəhadətnamələrinin sayında azalma müashidə ediləcək. Hələlik belə azalma müşahidə etmirik",  - Rəşad Əhmədov deyib. 
 
Bəs görəsən sanksiya altında olan Rusiyada Azərbaycandan olan müştərilər problem yaşasa sığorta haqlarının ödənişi necə həyata keçiriləcək. 
 
Mərkəzi Bankın  baş direktoru Ziya Əliyev Anews.az-a  bildirib ki, sanksiyalar ödəmələrə problemlər yarada bilər. 
 
"Rusiyaya tətbiq olunan saksiyalar ödəmələrə  müəyyən problemlər yarada bilər.  Bu prosesləri də digər proseslər kimi monitrinq edirik, qiymətləndirirk və bu məhdudiyyətlərdən irəli gələn belə xarakterli halları  müvafiq tədbirlər həyata keçirərək həll etməyə çalışacağıq.  Bu sanksiyalar Rusiya iqtisadiyyatının bütün sahələrdə öz təsirini göstərir. Bu münaqişənin cəmi 2 həftəlik tarixi var. Baş verənləri  qiymətləndirilməsi ilə dərindən məşğuluq",  -  Ziya Əliyev bildirib.  
 
Ölkələin "yaşıl kart" elektron sistemlərinin inteqrasiya edilməməsi səbəbindən sığorta şirkətlərinin özdənişinin 25-28% saxta tərtib edilən sığorta şəhadətnamələri əsasında icra edilir. İnteqrasiya bu problemi həll etməyə imkan verəcək.
 
N.Təbrizli
Gülnar Nazimqızı


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol