• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan hava limanları bu il neçə nəfərə xidmət edib?

Azərbaycan hava limanları bu il neçə nəfərə xidmət edib?
15.03.2022 16:47
2022-ci ilin yanvar-fevralında Azərbaycanın beynəlxalq hava limanlarında sərnişin dövriyyəsi 546 min nəfər təşkil edib.

"Ümumilikdə ilin əvvəlindən bütün hava limanlarında sərnişin axını 546 min nəfər təşkil edib ki, bunun da 80 faizi Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşüb. Fevralda Azərbaycanın beynəlxalq hava limanları ümumilikdə 255 min nəfərə xidmət göstərib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə çoxdur”, - məlumatda deyilir.

Eyni zamanda, 2022-ci ilin yanvar-fevralında Bakı Hava Limanından əsas aviadaşıyıcıları olan  AZAL - 167 min nəfər (ümumi sərnişin dövriyyəsinin 38%-i), Buta Airways isə - 52 min nəfər (12%) sərnişin daşıyıb.

Fevralda Heydər Əliyev Beynəlxalq Aeroportuna 24 sərnişin aviaşirkəti Azərbaycandan Türkiyə, Rusiya, BƏƏ, Gürcüstan, Ukrayna, Belarus, Qətər, İsrail, Almaniya, Böyük Britaniya, Küveyt, Bəhreyn və Səudiyyə Ərəbistanına uçuşlar həyata keçirib.

2022-ci ilin martından  etibarən Ukrayna-Rusiya  müharibəsi ilə əlaqədar Ukrayna, Rusiya və Belarusa uçuşlar müvəqqəti olaraq dayandırılıb.

Hazırda Azərbaycanın müxtəlif regionlarında 6 beynəlxalq hava limanı fəaliyyət göstərir.

Ümumilikdə, 2021-ci ildə Azərbaycanın beynəlxalq hava limanları 2,93 milyon sərnişinə xidmət göstərib ki, bu da 2020-ci illə müqayisədə iki dəfə çoxdur.
 
Ləman Qasımova

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol