• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya-Ukrayna müharibəsi Azərbaycana necə təsir edəcək?

Rusiya-Ukrayna müharibəsi Azərbaycana necə təsir edəcək?
17.03.2022 08:58
Rusiya-Ukrayna arasında başlanan müharibədən 22 gün keçir. Müharibənin ən çox zərbə vurduğu sahələrdən biri də turizmdir. 2022-ci ilin yanvar-fevralında Azərbaycana 150.433 nəfər xarici vətəndaş gəlib ki, bunların da əksəriyyəti Rusiya vətəndaşlarıdır. Statisikaya görə, ölkəyə fevralda 23.591 Rusiyas vətəndaşı gəlib. Bu rəqəm 2019-cü ildə 932 min olub. Pandemiyaya görə 2020-ci il 225 minə, 2021-ci ildə isə 258 minə enib. 
 
Rusiya-Ukrayna müharibəsi Azərbaycan turizminə necə təsir edəcək?
 
Turizm üzrə ekspert Xəzri Rəhimov deyir ki, müharibənin Azərbaycan turizminə müsbət təsir edəcəyini gözləmir.
 
"Dünyada baş verən hadisələr sürətlə dəyişir. Buna görə dəqiq proqnoz vermək çətindir. Hazırda otellərdə müəyyən səbəblər üzündən online edilən rezevrlərin çoxu  iptal olunur", -  ekspert bildirib. 
 
Azərbaycan Turizm Assosiasiyası" (AzTA) İctimai Birliyinin İdarə Heyətinin sədri Əhməd Qurbanovun sözlərinə görə müharibənin Azərbaycan turizminə təsirlərini baş verən hadisələrin sonunda bilinəcək.
 
"Azərbaycana gələn turistlərin statistikasında ən çox Rusiya vətəndaşlardır. Bunun da səbəbi odur ki, Rusiya vətəndaşı olan azərbaycanlılar tez-tez evlərinə gəlir. Müharibənin gedişatı,sanksiyalar, gələcəkdə turizmə təsir edəcək. Rusiyanın bir çox ölkələrə getmək imkanı kəsildiyindən Türkiyədən sonra Azərbaycana axın etmə ehtimalları daha çoxdur. Həm ərazicə yaxınıq, həm tarix və mədəniyyətimizi sevirlər, həm də sağlamlıq turiziminə dəyər verirlər ki, bu turizm də bizdə yaxşı inkişaf edib", - Qurbanov deyib.
 
Azərbaycan Turizm Assosiasiyasının Gəlmə turizm komitəsi nəzdində fəaliyyət göstərən Daxili Turizm komissiyasının sədri Əziz Şiriyev hesab edib ki, Rusiya-Ukrayna müharibəsi mayda rus turistlərin Azərbaycana gəlməsinə səbəb olacaq.
 
"Tətbiq olunan sanksiyaların Rusiya-Azərbaycan münasibətlərinə aiddiyatı yoxdur. Bu Avropa üçün nəzərdə tutulan sanksiyalardır. Rusiya vətəndaşlarının Avropaya getməməsı bizim üçün daha yaxşıdır. Bu gün ölkədə "Gəlmə turizm" ilə məşğul olan şirkətlər mayda Rusiyadan turistlərin axınının olmasını gözləyir. Nə edə bilsək bu il edəcəyik,gələn il  infiliyasiya səbəbindən böyüyəcək,yaşayış çətinləşək, hər şeyin qiyməti qalxacaq və Rusiya vətəndaşları ölkə xarici gəzintilərə gedə bilməyəcək", -  Şiriyev bildirib.
 
Mövcud geosiyasi vəziyyətlə əlaqədar  "Ural Hava Yolları” martın 8-dən 26-dək Azərbaycana uçuşları dayandırıb. 
 
"Azərbaycan Hava Yolları” və "Buta Airways” aviaşirkətləri  də mart 6-dan Rusiyanın şəhərlərinə uçmur. 

Amma bu aydan Aeroflot Bakıya uçuşlrını bərpa edəcəyini bildirib. 

Gülnar Nazimqızı 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol