İspaniya rus oliqarxları ilə əlaqəsi olan yaxtaları saxlayıb

İspaniya hakimiyyəti Barselona yaxınlığındakı Tarraqona limanında sanksiyalar altında olan "Rosneft”in rəhbəri İqor Seçinə məxsus Crescent meqayaxtasını saxlayıb.
Bu,həftə ərzində İspaniya hüquq-mühafizə orqanları tərəfindən yoxlamaya məruz qalan üçüncü gəmidir.
www.anews.az
Bu,həftə ərzində İspaniya hüquq-mühafizə orqanları tərəfindən yoxlamaya məruz qalan üçüncü gəmidir.
İxtisaslaşdırılmış mənbələrə görə, 135 metrlik Crescent dünyanın ən böyük yaxtalarından biridir, onun dəyəri 600 milyon dollar qiymətləndirilir.
İspaniya hökuməti yaxtanın kimə məxsus olduğunu və onun sanksiya siyahısına düşüb-düşmədiyini dəqiqləşdirənə qədər yaxtaya qoyulmuş həbs qüvvədə olacaq.
İqor Seçin Avropa İttifaqı, ABŞ və Böyük Britaniyanın sanksiya siyahısındadır.
Gülnar Nazimqızı
www.anews.az
Son xəbərlər 
Daha çox 























