• $
  • €
  • ₽
  • ₺
  • £

Avropadan Rusiyaya kömür sanksiyası - Azərbaycana təsiri ola bilərmi?

Avropadan Rusiyaya kömür sanksiyası - Azərbaycana təsiri ola bilərmi?
07.04.2022 17:30
Avropa İttifaqı (Aİ) bu ilin avqustunda Rusiyadan kömür idxalına tətbiq olunacaq qadağanı bu gün təsdiqləməyə hazırlaşır. Qadağanın iyulda qüvvəyə minməsi planlaşdırılsa da, Almaniyanın göstərdiyi təzyiqlərdən sonra məsələnin 1 ay ertələnməsi qərara alınıb.
 
Bu proses Azərbaycanda kömürün qiymətinə necə təsir edəcək?

İqtisadçı-ekspert Xalid Kərimli bildirir ki, Azərbaycan kömür istehsal edən ölkə deyil, buna görə də sözügedən sanksiyanın hər hansı təsiri olmayacaq.
 
"Sovet dövründə daş kömürdən istilik almaq məqsədilə istifadə olunurdu. Ancaq indi kömürə o qədər də ehtiyac yoxdur. Avropanın Rusiya kömüründən imtina etməsi hesablanmış addımıdır.  Avropa 4 milyard tondan çox kömür idxal edir və idxalının 19%-i Rusiyadan asılıdır.  Avropa Rusiyadan olan idxalını ABŞ, Kolumbiya, Afrika ölkələri  ilə  əvəzləyə bilər. Bu prosesin Azərbaycana heç bir təsiri olmayacaq", - iqtisadçı bildirib. 
 
Avropa ölkələri Rusiya-Ukrayna müharibəsinin başladığı fevralın 24-dən bəri qonşu ölkədən enerji daşıyıcılarının idxalına ilk dəfə qadağa qoyub. Neft və qaz idxalına qadağa qoyulması isə hələ ki, planlaşdırılmır. Kömür idxalından imtina Aİ-nin Ukraynanın Buça şəhərində törədilmiş vəhşiliklərdən sonra Rusiyaya qarşı tətbiq etdiyi 5-ci sanksiya paketinin əsas hissəsidir.
 
Rusiya Federasiyasından kömür ixrac,  2021-ci ildə 7% artaraq 227 milyon ton təşkil edib. 2021-ci ildə Rusiyadan Avropaya kömür ixracı 2020-ci illə müqayisədə 10,3% artaraq 50,4 milyon ton təşkil edib. 
 
Keçən illə müqayisədə artım 4,7 milyon ton təşkil edərək 50,4 milyon tona çatıb. 

Bu həcmin 2021-ci ildə Asiya-Sakit okean regionuna ixracı 129 milyon ton, o cümlədən Çinə 52 milyon ton, Hindistana 6,6 milyon ton təşkil edib. Avropanın payına isə 50 milyon ton düşüb.
 
Rusiya Energetika nazirliyinin məlumatına görə, 2021-ci ildə Rusiyada kömür hasilatı 9% artaraq 439 milyon tona çatıb.
 
Dünyada son zamanlar enerji əldə etmək üçün kömür istehsalında da ciddi artımlar var. 
 
Kömürdən istilik məqsədilə istifadə  edən ölkələr Çin (80.9 % ), İndoneziya (13.9 %), Hindistan (12.7%), Avstraliya (12.4%), ABŞ (10.7%), Rusiya (8.4%), Cənubi Afrika (6%), Qazaxıstan (2%), Polşa (1.7%) və Almaniyadır (1% ). 
 
Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, 2024-cü ildə ən çox kömür hasil edəcək ölkələrı Çin (50%), Hindistan (12%), İndoneziya  (7%),ABŞ  (6%), Avstraliya  (6%) , Rusiya (5%) və  Avropa İttifaqı  ölkələri  (3%) olacaq.
 
 Aytac Zeynalova



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol