• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın İtaliyaya ixrac etdiyi qazın həcmi açıqlandı

Azərbaycanın İtaliyaya ixrac etdiyi qazın həcmi açıqlandı
15.04.2022 13:10
2022-ci ilin yanvar-fevralında Azərbaycandan gömrükdə bəyan edilmiş qaz həcmlərinin ixracı 3 milyard 963 milyon 666,71 min kubmetr təşkil edib. Bu da ötən ilin analoji dövrünün göstəricisindən 19,4% çoxdur. Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat verib. 

"Hesabat dövründə Azərbaycandan 2 milyard 486 milyon 160,26 min dollar (artım 7 dəfə)məbləğındə bəyan edilmiş qaz ixrac edilib. Hesabat dövründə qaz ixracının Azərbaycanın ümumi ixracında payı 41,66%-ni təşkil edib”, -  komitədən bildirilib.

Komitənin məlumatına görə, yanvar-fevralda ən çox qaz ixracı İtaliyanın payına düşüb. Bu ölkəyə 1 milyard 757 milyon 834,28 min dollar dəyərində  1 milyard 464 milyon 457,46 min kubmetr (bütün ixracın 36,9% qədər) qaz satılıb. 

Dövlət Gömrük Komitəsi ixracın statistikasını bəyannamə əsasında aparır. Satılan qazla bağlı bəyannamə onun boru kəmərləri ilə vurulduğu vaxt deyil, faktiki satışdan sonra tərtib olunur. 

Azərbaycan Energetika Nazirliyinin proqnozlarına əsasən, 2022-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Türkiyəyə ixracı 8,2 milyard kubmetr, Avropaya isə 9,1 milyard kubmetr təşkil edəcək.

2021-ci ildə Azərbaycan 19,2 milyard kubmetr qaz ixrac edib. Onun da 8 milyard kubmetrdən çoxu Avropanın payına düşüb.

Azərbaycan qazının TAP qaz kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstan ixracı 2020-ci il dekabrın 31-dən başlayıb.

Bundan əlavə, Azərbaycan  Türkiyəyə və Gürcüstana qaz ixrac edir.Bu ilin iki ayında Türkiyəyə 1,477535,46 min kubmetr, Gürcüstana  isə  808299,14 min kubmetr qaz ixrac olunub. 

Yunanıstan ilin əvvəlindən 160488,84 minkubmetr, Bolqarıstan isə 52885,8 min kubmetr Azərbaycan qazı alıb. 

N.Təbrizli

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol