• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın Türkiyəyə ixrac etdiyi qazın həcmi açıqlandı

Azərbaycanın Türkiyəyə ixrac etdiyi qazın həcmi açıqlandı
22.04.2022 19:09
2022-ci ilin  bitrinci rübündə Azərbaycan TANAP vasitəsilə Türkiyə və Avropaya 4 milyard kubmetr qaz ixrac edib. Bu barədə SOCAR-ın birinci vitse prezidenti və prezidenti səlahiyyətlərini müvəqqəti icra edən Rövşən Nəcəf bildirib. 

" TANAP istifadəyə verildiyi andan 2022-ci il aprelin 1-nə bu qaz kəməri ilə 26,13 milyard kubmetr qaz nəql edilib. 2022-ci ilin birinci rübündə TANAP qaz kəməri ilə Türkiyə və Avropa bazarlarına 4,01 milyard kubmetr qaz çatdırılıb”, - Nacaf sosial media hesabında yazıb.

2022-ci ildə Azərbaycan  TANAP vasitəsilə Türkiyə və Avropaya 16,2 milyard kubmetr qaz ixrac etmək niyyətindədir. 2021-ci ildə bu kəmərlə 13,73 milyard kubmetr qaz nəql edilib. Beləliklə, 2022-ci ildə ixrac 18% artıb.

Azərbaycan 2021-ci ildə ümumilikdə 19,2 milyard kubmetr qaz ixrac edib.

2018-ci il iyunun 12-də TANAP qaz kəmərinin (Gürcüstan-Türkiyə sərhədindən Eskişehirə qədər) birinci mərhələsinin istifadəyə verilməsi mərasimi keçirilib. Həmin il iyunun 30-da TANAP vasitəsilə Azərbaycan qazının ixracına başlanılıb.

SOCAR-ın hesablamalarına görə, TANAP Türkiyənin qaz ehtiyacının 12%-ni təmin edir.

Uzunluğu 1,85 min km olan TANAP "Mərhələ-2" çərçivəsində "Şahdəniz" yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 milyard kubmetr təşkil edir. Bunun 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyənin qərb bölgələrinə ixrac üçün nəzərdə tutulub.
 
N.Təbrizli


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol