• $
  • €
  • ₽
  • ₺
  • £

“AZERCELL CUP” müsabiqəsinin qalibləri mükafatlandırıldı- FOTOLAR

“AZERCELL CUP” müsabiqəsinin qalibləri mükafatlandırıldı- FOTOLAR
28.04.2022 14:18
Proqramlaşdırma üzrə müsabiqənin gənc qalibləri Azercell  Plazada təltif edildi
 
Aprelin 27-si "Azercell Telekom” MMC və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil edilən "AZERCELL CUP” müsabiqəsinin qalibləri ilə görüş keçirildi. 300-dən çox 5-7-ci sinif şagirdlərinin qatıldığı müsabiqədə informatika fənni üzrə xüsusi bilikləri ilə fərqlənərək birinci, ikinci və üçüncü yeri qazanan  21 iştirakçı lider mobil operator tərəfindən sertifikatlar və dəyərli hədiyyələr ilə təltif edildi. 
 
Mükafatlandırma mərasimi "Azercell Telekom” MMC-nin rəhbər heyəti, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Təhsil İnstitutunun rəsmilərinin iştirakı ilə baş tutdu. 
 
Tədbirin açılışını edən Azercell-in Media ilə əlaqələr üzrə direktoru Nigar Şıxlinskaya qalibləri təbrik edərək gənclərin elmi potensialının aşkar edilməsinə və inkişafına yönələn bu  təşəbbüsün Azercell üçün böyük əhəmiyyət kəsb etdiyini vurğuladı: "İKT müasir həyatın bütün aspektlərini əhatə edir, həm insanlar, həm də cihazlar arasında qarşılıqlı fəaliyyət, ünsiyyət, informasiya əldə etmək üçün yeni, daha sürətli yollar təqdim edir. İKT sahəsi üzrə mütəxəssislərin yetişdirilməsi, rəqəmsal texnologiyalara, informatika elminə maraq göstərən, alqoritmik düşünmə qabiliyyəti ilə fərqlənən şagird və tələbələrin inkişaf etdirilməsi Azercell-in sosial məsuliyyət strategiyasının vacib istiqamətlərindəndir. 2017-ci ildən etibarən Azercell Təhsil Nazirliyi və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı qismində məktəblilərimizin müxtəlif miqyaslı beynəlxalq olimpiada və müsabiqələrə hazırlıq prosesinə dəstək olur. Şagirdlərimizlə qürur duyur, onlara topladıqları bilikləri uğurla nümayiş etdirməyi arzu edirik!”.  
 
Sözügedən müddətdə məktəblilərimiz müxtəlif miqyaslı olimpiada və müsabiqələrdə uğurla çıxış edərək 1 qızıl, 10 gümüş, 23 bürünc olmaqla, ümumilikdə 34 medal əldə ediblər.
 
Ümumi təhsilin təşkili və idarəolunması sektorunun  rəhbəri Fuad Qarayev  bu layihənin gerçəkləşməsinə göstərdiyi dəstək üçün Azercell şirkətinə öz təşəkkürünü bildirərək ümumtəhsil müəssisələrində dövlət və özəl əməkdaşlığının əhəmiyyətini vurğuladı.
 
Tədbirin rəsmi hissəsindən sonra Azercell Plazada şagirdlər üçün ekskursiya proqramı da təşkil edildi. Məktəblilər şirkətin ayrı-ayrı şöbələrinin fəaliyyəti ilə yaxından tanış olub, onları maraqlandıran sualları Azercell əməkdaşlarına ünvanladılar.
 
 Ötən ilin iyununda start verilən "AZERCELL CUP”  proqramlaşdırma üzrə iki mərhələli müsabiqə lider mobil operatorun 25 illik yubileyinə həsr olunmuşdur. ADA universitetində baş tutan final turunda 5 alqoritmik məsələnin həlli üçün 3 saat vaxt təqdim edilmişdir. Nəticədə 4 şagird birinci, 7 şagird ikinci və 10 şagird isə üçüncü yeri qazanmış oldu. 
 






www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol