• $
  • €
  • ₽
  • ₺
  • £

İsrail 2025-ci ildən Azərbaycandan buğda almağı planlaşdırır

İsrail 2025-ci ildən Azərbaycandan buğda almağı planlaşdırır
04.05.2022 16:18
İsrail 2025-ci ildən Azərbaycandan buğda idxal etməyə başlayacaq. 

"İndiki mərhələdə Azərbaycan ixrac üçün kifayət qədər buğda yetişdirmir, lakin ölkə buğda istehsalının genişləndirilməsi üçün genişmiqyaslı layihə planlaşdırır. Tamamlandıqdan sonra Azərbaycan nəinki daxili istifadə, həm də ixrac üçün kifayət qədər buğda yetişdirəcək. Bu layihəni təşviq etmək üçün İsrail 2025-ci ildən Azərbaycandan buğda idxal etməyi düşünür. Bu məqsədlə İsrail  Azərbaycan  üçün ən son kənd təsərrüfatı texnologiyaları ilə təmin edəcək”, - İsrailin "Al-Monitor” nəşri yazır.

İsrailin kənd təsərrüfatı naziri Oded Forerin kənd təsərrüfatı sahəsində israilli ekspertlər qrupu ilə iki həftədən sonra Azərbaycana səfəri planlaşdırılır.

"Onların səfərlərinin əsas mövzusu buğda olsa da, digər məsələləri də müzakirə edəcəklər. İsrail bütün növ qabaqcıl texnologiyaların köməyi ilə Azərbaycanda kənd təsərrüfatını inkişaf etdirməyi düşünür”, - qəzet qeyd edir.

Hazırda Azərbaycanda ildə 3 milyon tondan çox taxıl istehsal olunur, lakin onun əsas hissəsi yemlik buğdadır. 

Azərbaycan 2021-ci ildə buğdaya olan daxili tələbatı ödəmək üçün 332 milyon ABŞ dolları məbləğində 1,1 milyon tondan çox buğda idxal edib. Eyni zamanda, buğda idxalının 95 faizi Rusiyanın payına düşür.

Azərbaycan hökuməti  yerli buğda istehsalının artırılması üçün bir sıra layihələr həyata keçirməyi planlaşdırır.

N.Təbrizli

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol