• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Metropolitenində yoxlamalar aparılır?

Bakı Metropolitenində yoxlamalar aparılır?
25.04.2014 12:37

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti qurumda yoxlamalar aparılması barədə yayılan məlumatlara münasibət bildirilib.

 

QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, bu xəbərlər həqiqəti əks etdirmir: “Hazırda köhnə işçilər də iş başındadırlar. Sərnişinlərin rahat və təhlükəsiz hərəkətini təmin etmək və metronun səviyyəsinin müasir standartlara çatdırılması üçün çalışırıq. Yəni, hazırda heç bir yoxlama aparılmır və bu xəbərlər də həqiqəti əks etdirmir”.

 

Mətbuat xidmətindən son zamanlar metro qatarlarında yaranmış nasazlıqlara da münasibət bildirilib. Qeyd edilib ki, metroda baş verən hər hansı nasazlıq qeydə alınır və onun aradan qaldırılması istiqamətində tədbirlər görülür: “Metropolitenin iş vaxtından asılı olaraq, qatarlar 16-18 saat reysdə olur. Onların reysdə olduğu müddətdə hər hansı texniki nasazlığın baş vermə ehtimalı az da olsa var. Ancaq əsas məsələ odur ki, sərnişinlərin həyatına təhlükə yarada biləcək, nasazlığa yol verilmir. Əgər hər hansı qatarda ən xırda nasazlıq hiss olunarsa, həmin qatardakı sərnişinlər stansiyada boşaldılır və qatar təmirə aparılır. Ümumiyyətlə, nasaz qatarlar reysə buraxılmır. Bu baxımdan sərnişinlər tam əmin olsunlar ki, hər hansı təşvişə əsas yoxdur”.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol