• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə Azərbaycan qazının idxalını 27% azaldıb

Türkiyə Azərbaycan qazının idxalını 27% azaldıb
31.05.2022 17:45
2022-ci il yanvar-martında Türkiyə Azərbaycandan 2 305,42 mln. kubmetr qaz idxal edib ki, bu da 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 27% azdır. Bu barədə Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsi (EPDK) məlumat yayıb. 
 
2021-ci ilin yanvar-martında Türkiyə Azərbaycandan 3 157,97 mln. kubmetr qaz idxal edib.
 
Hesabat dövründə Azərbaycan Türkiyənin ümumi qaz idxalında Rusiya (boru ilə nəql edilən qaz - red.) və ABŞ-dan (mayeləşdirilmiş təbii qaz - red.) sonra üçüncü yerdə qərarlaşıb.

2021-ci il Türkiyə Azərbaycandan 8 820,46 mln. kubmetr qaz idxal edib ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 24% azdır.

İdxalın azalması Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi üzrə müqavilənin müddətinin ötən ilin yazında başa çatması ilə əlaqədardır. Tərəflər arasında (Türkiyənin "Botaş" şirkəti və "Şahdəniz" konsorsiumu) yeni razılaşma (2024-cü ilin sonunadək qüvvədə olacaq – red.) yalnız sentyabr ayında əldə olunub. Bu razılaşmaya əsasən, "Şahdəniz-1" çərçivəsində qazın tədarükü azaldılıb.
 
EPDK-nin son məlumatına görə, 2022-ci ilin fevralında Azərbaycandan Türkiyəyə təbii qaz ixracı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 22,63% azalıb. Hesabat dövründə Rusiyadan Türkiyəyə qaz ixracı 2,352 milyard, ABŞ-dan 1,481 milyard, Azərbaycandan isə 747,52 milyon kubmetr təşkil edib. Fevralında Rusiyadan Türkiyəyə qaz ixracı 0,97% azalıb, ABŞ-dan isə 99,19% artıb. Türkiyə 3,614 milyard kubmetr təbii qazı boru kəmərləri ilə idxal edib, 2,658 milyard kubmetri isə mayeləşdirilmiş təbii qaz qismində alıb. Türkiyənin boru kəməri ilə qaz idxalı 12,93% azalıb, mayeləşdirilmiş təbii qaz idxalı isə 43,55%  artıb.
 
Energetika naziri Pərviz Şahbazovun açıqlamasına görə, bu ilin I rübündə Azərbaycandan Türkiyəyə 2,2 milyard kubmetr qaz nəql edilib. Türkiyəyə Azərbaycanın "Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb. 2022-ci ildə Azərbaycandan Türkiyəyə qaz ixracı 8,2 milyard kubmetr, Avropaya isə 9,1 milyard kubmetr təşkil edəcək.
 
Ləman Qasımova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol