• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in yüksəksürətli internetinə metroda xüsusi güzəşt!

Azercell-in yüksəksürətli internetinə metroda xüsusi güzəşt!
16.06.2022 17:41
Lider mobil operator metrodan istifadə edən abunəçiləri üçün yeni kampaniyaya başlayır

"Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalan Azercell, rəqəmsal dünyanın hədsiz imkanlarını abunəçiləri üçün daha yaxın etmək məqsədilə xüsusi kampaniyaya başlayır. Belə ki, 15 iyun 2022-ci il tarixindən etibarən Azercell abunəçiləri 0.59 AZN ödəməklə 3GB həcmində yüksəksürətli 1 saatlıq internet paketi əldə edəcəklər. Kampaniyadan yararlanmaq üçün M açar sözünü 2525-ə göndərmək lazımdır.

Məlumat üçün bildirək ki, metronun 24 stansiyası və tunelləri Azercell-in 4G şəbəkəsi ilə əhatə edilib. Azercell abunəçiləri hətta qatarın hərəkətdə olduğu zaman da dayanmadan mobil internet xidmətlərindən istifadə edərək yazışa, videolar izləyə və musiqi dinləyə bilərlər.

Azercell-in yüksək keyfiyyətli 4G şəbəkəsi Neftçilər, Qara Qarayev, Koroğlu, Həzi Aslanov, Əhmədli, Xalqlar Dostluğu, Ulduz, Nəriman Nərimanov, Gənclik, 28 may, Nizami, Elmlər Akademiyası, İnşaatçılar, 20 yanvar, Memar Əcəmi, Memar Əcəmi 2 (Bənövşəyi xətt), Avtovağzal, Nəsimi, Azadlıq prospekti, Dərnəgül, Cəfər Cabbarlı, Xətai, Sahil və İçərişəhər stansiyalarında, eləcə də bu stansiyaların tunellərində aktivdir.

Kampaniya haqqında daha ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/campaigns/internet/metro-internet-pack.html səhifəsinə keçid etməyiniz xahiş edilir. 



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol