• $
  • €
  • ₽
  • ₺
  • £

Bu müəssisələrə iki milyon manatdan artıq kredit verilib - Nazirdən PAYLAŞIM

Bu müəssisələrə iki milyon manatdan artıq  kredit verilib - Nazirdən PAYLAŞIM
23.06.2022 14:54
Azərbaycanda iki sahibkarlıq müəssisəsinə iki milyon manatdan artıq güzəştli kredit verilib, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

"Sahibkarlığın İnkişafı Fondu tərəfindən yerli istehsalın təşviqi və sahibkarlara dəstək məqsədilə əlcək istehsalı ilə məşğul olan "Xanni-2017” MMC-yə 2 mln. manat və meyvə-tərəvəz məhsullarının emalı üzrə ixtisaslaşmış "Brightman BMC” MMC-yə 100 min manat güzəştli kredit verilib", - Cabbarov söyləyib.
 
Azərbaycanın ilk əlcək istehsalçısı olan "Xanni-2017” MMC 2017-ci ildə Gəncədə fəaliyyətə başlayıb. "Brightman BMC” MMC isə kənd təsərrüfatı məhsullarının emalı ilə məşğuldur.
 
2022-ci ilin 4 ayında ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 757 layihənin icrasına güzəştli kredit ayrılıb. Cari ilin əvvəlindən mayın 1-i tarixinədək təqdim edilən layihələrin maliyyələşdirilməsinə 29,8 milyon manat güzəştli kredit verilib. Kredit verən 5 müvəkkil kredit təşkilatının siyahısına "AccessBank", "Bank Respublika", "Unibank", "Yelo Bank" və "Aqrarkredit" daxildir.
 
"Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”na əsasən kreditin ayrılması üçün sahibkarlıq subyektləri rəsmi qaydada aidiyyəti sənədləri təqdim etməklə yalnız müvəkkil kredit təşkilatlarının baş ofisinə və ya filiallarına müraciət edə bilərlər. Kiçikhəcmli kreditlər: 5.000 manatdan 50.000 manatadək; ortahəcmli kreditlər: 50.001 manatdan 1.000.000 manatadək; böyükhəcmli kreditlər: 1.000.001 manatdan 10.000.000 manatadəkdir. Kiçikhəcmli kreditlər üçün - 3 (üç) ilədək; ortahəcmli kreditlər üçün - 5 (beş) ilədək; böyükhəcmli kreditlər üçün -10 (on) ilədək verilir.
 
Ləman Qasımova
 

 

 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol