• $
  • €
  • ₽
  • ₺
  • £

QDTİB-nin yardım etdiyi 400-dən çox şirkət var

QDTİB-nin yardım etdiyi 400-dən çox şirkət var
24.06.2022 12:37
Azərbaycanda Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) yardımından bəhrələnən 400-dən çox şirkət mövcuddur. Bunu Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 24-cü illik toplantısı çərçivəsində keçirilən "Dəyişən dünyada diversifikasiyalaşmış və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində QDTİB-nin rolu” adlı Biznes Forumda həmin bankın vitse-prezidenti Həsən Dəmirxan bildirib.

Dəmirxan vurğulayıb ki, QDTİB  yerli valyutanın dəstəklənməsinə daima səy göstərir.

"2019-cu ilin avqustunda biz beynəlxalq maliyyə qurumları arasında ilk olaraq Azərbaycanın yerli valyutasına yardım göstərdik. Bu yardım təxminən, birja vasitəsilə 10 milyon Azərbaycan manatı məbləğində olmuşdu", - o deyib.

Onun sözlərinə görə, işin şaxələndirilməsindən danışılanda zaman yeni strukturların yaradılması da vacibdir. 

"Həmçinin, yerli valyutanın maliyyələşdirilməsi də mühüm məqamdır. Xüsusilə, iqtisadiyyatı bir məhsuldan, məsələn neftdən, qazdan asılı ölkələr üçün vacibdir. Azərbaycan iqtisadiyyatına nəzər salanda görürük ki, neft-qaz ÜDM-nin 50%-dən artığını təşkil edir. Bu faiz həm ixracatda, həm də büdcəyə daxilolmalarda müşahidə olunur”, o əlavə etdi.

Qara Dəniz Ticarət və İnkişaf Bankı beynəlxalq dövlətlərarası maliyyə kredit təşkilatıdır. Bank 1999-cu ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər - Albaniya, Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya Federasiyası, Türkiyə, Yunanıstan və Ukrayna tərəfindən yaradılıb. Bankın baş ofisi Yunanıstanın Saloniki şəhərində yerləşir. QDTİB iqtisadi inkişafı və regional əməkdaşlığı dəstəkləyir, üzv ölkələrdə dövlət və özəl sektorlarda layihələr üçün kreditlərin verilməsi, kredit xətlərinin açılması, investisiyaların və zəmanətlərin verilməsində və ticarətin maliyyələşdirilməsində iştirak edir.

Ləman Qasımova 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol