• $
  • €
  • ₽
  • ₺
  • £

Aİ və Azərbaycan qaz memorandumu imzalayacaq

Aİ və Azərbaycan qaz memorandumu imzalayacaq
14.07.2022 15:40
Avropa İttifaqının Rusiya yanacağından asılılığını azaltmaq üçün Azərbaycanla təbii qazın tədarükünə dair memorandum imzalayacaq. 

Saziş Aİ ilə Azərbaycan arasında "strateji tərəfdaşlıq” qurmağa imkan verəcək və bu, "şaxələndirmə məqsədilə Xəzər təbii qazının Avropaya və potensial olaraq Balkanlara tədarükü” haqqında sazişi özündə əks etdirəcək.

Tərəflər 2027-ci ilə qədər Azərbaycandan tədarük olunan qazın həcmini "ən azı 20 milyard kubmetrə çatdırmağı gözləyirlər. Bu planları həyata keçirmək üçün Aİ Cənub Qaz Dəhlizinin boru kəmərləri şəbəkəsinin potensialının artırılmasına sərmayə qoymağı planlaşdırır.

Saziş məcburi xarakter daşımayacaq, lakin Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın dərinləşməsinə və Aİ-nin regionda investisiya fəaliyyətinin artırılmasına kömək edəcək.

Daha əvvəl bildirilmişdi ki, 2022-ci ilin birinci rübündə Aİ-nin Azərbaycandan qaz alınmasına xərclədiyi vəsait 2,1 milyard avro təşkil edib.
 
Avropa Komissiyasının Avropa qaz bazarındakı vəziyyətə dair rüblük hesabatında qeyd olunur ki, 2022-ci ilin birinci rübündə Aİ dövlətlərinin Trans-Adriatik qaz kəməri ilə Azərbaycandan qazın alınması üçün xərcləri 2,1 milyard avro təşkil edib.

2022-ci ilin ilk üç ayında Aİ qaz idxalına təxminən 78 milyard avro xərcləyib. Bu məbləğin 26,5 milyard avrosu Rusiya Federasiyasının yanacağı, 19,2 milyard avrosu Norveç qazı, 5,4 milyard avrosu Əlcəzair və Liviya, 2,1 milyard avrosu isə Trans-Adriatik Qaz Boru Kəmərinin payına düşür.

Eyni zamanda, Aİ ölkələri mayeləşdirilmiş təbii qaz şəklində 2022-ci ilin birinci rübündə təxminən 33 milyard avro məbləğində idxal ediblər.

"TAP Cənub Qaz Dəhlizi (CQD) vasitəsilə Azərbaycanın qaz ehtiyatlarına çıxışı təmin edir ki, bu da Aİ-nin qaz təchizatı təhlükəsizliyi siyasətinin mühüm nəticəsidir”, - AK hesabatında deyilir.

Bundan əvvəl Avropa Parlamentinin Avstriya Azadlıq Partiyasından (APS) üzvü Roman Hayder bildirmişdi ki, Aİ-nin 2030-cu ilə qədər atmosferə emissiyaların 55% azaldılması proqramı (Fit for 55) Rusiyaya qarşı sanksiyalar aradan qaldırılmadan həyata keçirilə bilməz.(gazeta)
 
Gülnar 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol