• $
  • €
  • ₽
  • ₺
  • £

“Moody’s” agentliyi Kapital Bank-ın reytinqlərini yüksəldib

“Moody’s” agentliyi Kapital Bank-ın reytinqlərini yüksəldib
11.08.2022 10:38
"Moody's Investors Service” beynəlxalq reytinq agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinqlərini təsdiq edib. Bu reytinqlər ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur.


Agentlik bankın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini Ba3-dən Ba2 səviyyəsinə, ödəmə qabiliyyətinin baza səviyyəsi (BCA) reytinqini isə b1-dən ba3-ə yüksəldib. Kapital Bank-ın uzunmüddətli depozit reytinqləri üzrə proqnozu "stabil” olaraq təsdiqlənib. Agentliyin hesabatında bildirilir ki, Kapital Bank-ın BCA reytinqinin yüksəldilməsi onun kredit portfelinin sağlam, gəlirlilik və likvidlik səviyyəsinin yüksək olmasını əks etdirir.


"Kapital Bank-ın 2021-ci ilin sonuna problemli kreditlərin ümumi kredit portfelindəki payı 3,5% təşkil edib. Bankın kapitallaşması (2021-ci ilin sonuna TCE/RWA göstəricisi 13,6% olub), eləcə də yüksək xalis faiz marjası və səmərəlilik hesabına əldə olunan yüksək ehtiyatdan əvvəl gəlirliliyi (vergi və ehtiyatdan əvvəlki mənfəətin risk dərəcəsi üzrə ölçülmüş orta aktivlərə nisbəti 2021-ci ildə 8,6% təşkil edib) kredit itkilərini "udmaq” üçün banka yaxşı bufer yaradır. Reytinq agentliyi yaxın 12-18 ay ərzində bankın likvidliyinin yüksək səviyyədə qalacağını gözləyir”, — deyə hesabatda qeyd olunur.


Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 107 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol