• $
  • €
  • ₽
  • ₺
  • £

Bu məhsullarda istehsalın ümumi dəyəri azaldı - RƏSMİ

Bu məhsullarda istehsalın ümumi dəyəri azaldı - RƏSMİ
12.08.2022 15:41
Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 11,6% azalaraq 2167,3 milyon manat təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin rəsmi saytı məlumat yayıb.
 
Yanacaq mazutunun istehsalı 2,6 dəfə, neft bitumunun istehsalı 15,8% artıb, avtomobil benzininin istehsalı 6,4%, dizel yanacağının istehsalı 26,2%, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 31,6%, neft koksunun istehsalı 36,8%, sürtkü yağlarının istehsalı isə 37,8% azalıb.

Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1339,4 milyon manatlıq məhsul istehsal edilmiş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 2 dəfə, kimya sənayesi məhsullarının istehsalında 18%, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 9,5% artıb.

 
Rezin və plastik kütlə məmulatlarından bərk polietilen borular, borucuqlar, şlanqlar, qolların istehsalı 51,9 faiz, kimya məhsullarından metanol (metil spirti) istehsalı 2,1 dəfə, lak-boya məmulatlarının istehsalı 11,9% artıb, məsaməli polistirol lövhələr və zolaqların istehsalı isə 18,2% azalıb.
 
Ləman Qasımova





www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol