• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yükdaşıma artıb - DSK-dən hesabat

Azərbaycanda yükdaşıma artıb  - DSK-dən hesabat
12.08.2022 17:25
Azərbaycanda 2022-ci ilin yanvar-iyulunda nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən yük daşınması ötən ilin eyni dövrü ilə müqayisədə 11,7% artaraq 120,5 milyon tona çatıb. Bu barədə Dövlət Statistika Komitəsinin rəsmi saytı yazıb. 
 
2021-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması  sərnişin daşınması isə 37,6 faiz artıb 894,9 milyona çatıb.
 
Yüklərin 56,7 %-i avtomobil, 31,1 %-i boru kəməri, 8,4 %-i dəmir yolu, 3,6 %-i dəniz, 0,2 %-i isə hava nəqliyyatı ilə daşınmışdır. Sərnişinlərin 86,8 %-i avtomobil, 12,8 %-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınmışdır.

Hesabat dövründə informasiya və rabitə müəssisələri tərəfindən göstərilmiş 1508,2 milyon manatlıq xidmətlərin 75,7 %-i əhali sektoruna aid olub. 2022-ci ilin yanvar-iyulunda göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,6% artmış, bu sahədə əldə edilmiş gəlirin 82,5%-i qeyri-dövlət sektorunun payına düşüb.

DSK-nın məlumatın görə, 2022-ci ilin yanvar-iyulunda pərakəndə ticarət şəbəkəsindən əhaliyə 26731,5 milyon manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 4910,5 milyon manatlıq ödənişli xidmət göstərilib. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 2,9%, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 7,2% artmış, ticarət şəbəkəsində 15026,8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 11704,7 milyon manatlıq qeyri-ərzaq məhsulları satılıb.
 
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ilin yanvar-iyununda ölkənin xarici ticarət dövriyyəsi 25885,6 milyon ABŞ
dolları təşkil edib. Ticarət dövriyyəsinin 19528,6 milyon dollarını və ya 75,4 %-ni ölkədən ixrac olunmuş məhsulların, 6357 milyon dollarını isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 13171,6 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2021-ci ilin yanvar-iyunu ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 73,4%, real ifadədə isə 8,1% artıb. İxrac real ifadədə 14,4% artıb, idxal isə 2,9% azalıb.
 
Ləman Qasımova


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol