• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Avropaya 7,3 mlrd kubmetr qaz ixrac edib

Azərbaycan Avropaya 7,3 mlrd kubmetr qaz  ixrac edib
05.09.2022 12:32
Azərbaycandan Avropaya qaz ixracı 2022-ci ilin yanvar-avqustunda 7,3 ​​milyard kubmetr təşkil edib, bu barədə energetika naziri Pərviz Şahbazov tvitter hesabında yazıb. 

"Bu il TAP və TANAP qaz kəmərləri ilə Türkiyə və Avropaya 11 milyard kubmetr qaz ixrac edilib. O cümlədən Avropaya - 7,3 milyard kubmetr, Türkiyəyə - 3,7 milyard kubmetr qaz ixrac olunub", - Şahbazov yazıb.

2021-ci ildə Azərbaycan Avropaya 8,2 milyard kubmetr qaz ixrac edib, 2022-ci ildəixrac 12 milyard kubmetr təşkil edəcək. Ümumilikdə, 2022-ci ildə Azərbaycan qazının ixracının həcmi 23-24 milyard kubmetr (2021-ci ildə 22 milyard kubmetr) təşkil edəcəyi planlaşdırılıb.
 
 
Azərbaycan TAP vasitəsilə Avropaya qaz nəqlinə  2020-ci il dekabrın 31-dən başlayıb. İndiyədək kəmərlə 13,5 milyard kubmetr qaz nəql edilib ki, bunun da 11,7 milyard kubmetrini İtaliya alıb. Qazın qalan həcmi  isə Yunanıstan və Bolqarıstana gedib.

Uzunluğu 1,85 min km olan TANAP "Mərhələ-2" çərçivəsində "Şahdəniz" yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 milyard kubmetr təşkil edəcək, bunun 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyənin qərb bölgələrinə ixrac üçün nəzərdə tutulub.

Bundan əlavə, Azərbaycan qazı Türkiyəyə (TANAP qaz kəmərləri və Cənubi Qafqaz Boru Kəməri, SKTM) və Gürcüstana (SKTM və Qazıməhəmməd-Qazax qaz kəməri ilə) ixrac edilir.
 
N.Təbrizli

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol