• $
  • €
  • ₽
  • ₺
  • £

Müdafiə Nazirliyinin yarım milyonluq tenderini udan şirkəti tanıyan yoxdur

Müdafiə Nazirliyinin yarım milyonluq tenderini udan şirkəti tanıyan yoxdur
19.09.2022 12:54
Müdafiə Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi  "Turrus” MMC (VÖEN – 1007464471) olub. Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbi hissələri üçün qazanxana avadanlıqlarının satın alınması məqsədilə 05.08.2022-ci il tarixində kotirovka sorğusu elan edib. Tender müsabiqəsinin qalibi olan "Turrus” MMC bu elandan təxminən cəmi 5 ay əvvəl  – 17.02.2022-ci il tarixində dövlət qeydiyatına alınıb. Qalib şirkətə 570 min 8 manat 16 qəpik ödəniləcək.

Hüquqi ünvanı Binəqədi rayonu, Cəfər Xəndan, ev 1A, m. 48, məh. 3203-də yerləşən MMC-nin nizamnamə kapitalı 100 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Baxşaliyev Nicat Baxşalı oğludur. MMC dövlət qeydiyyatına alınan zaman qanuni təmsilçisi Sahibzadə Xəlqani Ziyafəddin oğlu olub. Bu ilin iyun ayında MMC-nin qanuni təmsilçisi dəyişib. Qanuni təmsilçi dəyişdikdən sonra MMC müxtəlif dövlət qurumları tərəfindən keçirilən və ümumi dəyəri 684 min manat olan 8 tender müsabiqəsində qalib olub.

Barəsində açıq internet resurslarda heç bir məlumat olmayan "Turrus” MMC bir dövlət qurumuna (Ekologiya və Təbii Sərvətlər Nazirliyi) dəftər-qələm, başqa bir dövlət qurumuna isə unitaz qapağı satıb.

"Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığın olması lazımdır.

Tender müsabiqəsindən cəmi 3-4 ay əvvəl yaranan bu şirkətin fərqli qurumlara, fərqli məhsulları satmaq üçün hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil.

Müdafiə Nazirliyi tərəfindən əvvəllər də bu cür tender müsabiqələri keçirilib.(yeniavaz)
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir-  Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İqtisadiyyat 11:20
Nazir- Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol