• $
  • €
  • ₽
  • ₺
  • £

İranın Azərbaycandakı bankının maliyyə vəziyyəti məlum oldu

İranın Azərbaycandakı bankının maliyyə vəziyyəti məlum oldu
11.10.2022 09:17
İran Milli Bankının Bakı filialı bu ilin yanvar-sentyabr ayını 1 milyon 357 min manat mənfəətlə başa vurub. Halbuki, filial ötən ilin eyni dövründən 963 min 855 manat xalis mənfəətlə çıxmışdı.


Banker.az xəbər verir ki, yanvar-sentyabrda İran bankının faiz gəlirləri 2 milyon 558 min manat (illik müqayisədə 1.1% az), faiz xərcləri 169 min manat (28% az), xüsusi ehtiyatlara ayırmaları 315 min manat (64% az) təşkil edib. Bakı filialı mənfəət vergisi ödəməyib.


Bu il oktyabrın 1-nə İran bankının aktivləri 91 milyon 225 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 5% çoxdur. Bunun 9 milyon 810 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 9 ayda Bakı filialının kredit portfeli 0.4% kiçilib.


Hesabat dövründə İran bankının öhdəlikləri 6% artaraq 54 milyon 449 min manata, o cümlədən depozit portfeli 11.2% artaraq 11 milyon 934 min manata, balans kapitalı isə 4% artaraq 36 milyon 776 min manata çatıb.


İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol