• $
  • €
  • ₽
  • ₺
  • £

İxrac və idxal məhsullarının həcmi açıqlandı

İxrac və idxal məhsullarının həcmi açıqlandı
17.10.2022 16:00
2022-ci ilin doqquz ayı ərzində Azərbaycandan 119 ölkəyə məhsul ixrac olunub, 160 ölkədən isə idxal həyata keçirilib. Bu barədə Dövlət Statistika Komitəsinin rəsmi hesabatında bildirilib. 


Cari ilin yanvar-avqustda xarici ticarət dövriyyəsi 35608,3 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 26739,9 milyon dollar, idxalın dəyəri 8868,4 milyon dollar təşkil edib, nəticədə 17871,5 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.  2021-ci ilin yanvar-avqustu ilə müqayisədə xarici  ticarət dövriyyəsi faktiki qiymətlərlə 70,4 faiz, real ifadədə isə 6,6 faiz artıb. İxrac 10,7 faiz artıb, idxal isə 1,0 faiz azalıb.


Xarici ticarət dövriyyəsinin 91,3 faizi İtaliya, Türkiyə, Rusiya, Hindistan, Çin, İsrail, Birləşmiş Krallıq, Yunanıstan, Almaniya, Çexiya, Xorvatiya, Portuqaliya,Gürcüstan, Ukrayna, İspaniya, Tunis, İsveçrə, ABŞ, Qazaxıstan, İran, Vyetnam, Rumıniya, İndoneziya və Tailand ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.
 
 Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,6 faizi Rusiyanın, 16,1 faizi Türkiyənin, 14,8 faizi Çinin, 4,5 faizi  Almaniyanın, 3,7 faizi Qazaxıstanın, 3,4 faizi İranın, 3,2 faizi  ABŞ-ın, 2,6 faizi Türkmənistanın, 2,3 faizi İtaliyanın, 2,1 faizi Yaponiyanın, 1,9 faizi Koreyanın, hər biri 1,8 faiz olmaqla  Ukrayna və Birləşmiş Krallığın, hər biri 1,7 faiz olmaqla Fransa və Hindistanın, 1,2 faizi Belarusun, 1,1 faizi Braziliyanın, 1,0 faizi Özbəkistanın, 0,9 faizi Gürcüstanın, hər biri 0,8 faiz olmaqla Polşa, Vyetnam və İndoneziyanın, 13,2 faizi isə digər ölkələrin payına hesablanıb.

Ümumilikdə cari ilin 9 ayında Azərbaycan 174 ölkə ilə ticarət əməliyyatları icra edib.
 

Gülnar 



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol