• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank BAFT-ın Beynəlxalq Ticarət və Regional Banklar konfranslarına qatılıb

Kapital Bank BAFT-ın Beynəlxalq Ticarət və Regional Banklar konfranslarına qatılıb
04.11.2022 10:05
2–4 noyabr 2022-ci il tarixlərində ABŞ-ın Hyuston şəhərində Maliyyə və Ticarət üzrə Banklar Assosiasiyası (BAFT) Beynəlxalq Ticarət və Regional Banklar konfranslarını təşkil edib. Tədbirlərə Kapital Bank-ın İdarə Heyəti sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri Vüqar Sadiq qatılıb.

Beynəlxalq Ticarət Konfransı təchizat zənciri, ticarətin rəqəmsallaşması, davamlılıq/ətraf mühit, sosial və korporativ idarəetmə, geosiyasət, tənzimləmə, komplayens, eləcə də beynəlxalq ticarətə və onun maliyyələşməsinə təsir edən digər aktual məsələləri diqqət mərkəzinə gətirib. Konfransda bank ekspertləri, müxtəlif hökumətlərin rəsmiləri, beynəlxalq ticarət və təchizat zəncirində iştirak edən digər qurumların nümayəndələri iştirak edirdi. 2022 Regional Banklar Konfransı isə bankları maraqlandıran mövzuları müzakirə etmək və iştirakçılar arasında fikir mübadiləsi aparmaq üçün keçirilib.

"Bu gün qlobal geosiyasi qeyri-müəyyənlik bütün dünyada bankları bir sıra çağırışlarla üz-üzə qoyur. Buna görə, o cümlədən Covıd-19 pandemiyasının yaratdığı çətinliklər səbəbindən banklar öz tənzimləmə və komplayens siyasətlərində əlavələr və dəyişiklər etməyə məcbur olublar. Konfransların məqsədi məhz bu kimi mövzuları müzakirə etmək, həmçinin beynəlxalq ticarətin və təchizat zəncirinin maliyyələşməsinin davamlı və dayanıqlı şəkildə təmin edilməsi üçün çıxış yolları tapmaq idi”, – deyə, Kapital Bank-ın İdarə Heyəti sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri Vüqar Sadiq bildirib.

Qeyd edək ki, BAFT Kapital Bank-ın 2017-ci ildən üzv olduğu Amerika Banklar Assosiasiyasının (American Bankers Association) törəmə qurumudur. Bank BAFT-ın təşkil etdiyi müxtəlif tədbirlərdə aktiv iştirak edir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 112 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.
 









www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol