• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR-dan benzinin qiyməti ilə bağlı rəsmi açıqlama

SOCAR-dan benzinin qiyməti ilə bağlı rəsmi açıqlama
09.04.2014 15:57
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bəzi KİV-lərin ölkədə benzinin qiymətinin artması ilə bağlı yazılan yazılara aydınlıq gətirib.ARDNŞ-ın saytında verilən məlumata görə, Aİ-95 və Aİ-98 markalı avtomobil benzinlərinin Azərbaycanda satış qiymətlərinin sərbəst buraxılmasından sonra bəzi yazılı və elektron KİV-də və müxalifət funksionerlərinin sosial şəbəkələrdəki səhifələrində bilməyərəkdən və ya bilə-bilə ARDNŞ-ın işgüzar nüfuzuna xələl gətirəcək yanlış məlumatlar yayılmaqdadır.ARDNŞ rəsmi surətdə bəyan edir ki, Aİ-98 markalı avtomobil benzini Azərbaycanda istehsal olunmadığı üçün onun satış qiyməti heç vaxt dövlət tərəfindən tənzimlənməyib: “Aİ-95 markalı avtomobil benzininin bu il aprelin 1-dən idxal olunması və qiymətinin sərbəst buraxılması haqqında qərar verilməsinə gəlincə, buna səbəb Azərbaycanda yüksək oktan ədədli yanacaq istehlakının qısa müddət ərzində bir neçə dəfə artması, mövcud istehsal güclərinin isə həmin tələbata adekvat olmamasıdır. ARDNŞ-ın avtomobil benzinləri istehsalı ilə məşğul olan Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda Aİ-95 markalı benzinin istehsalının dayandırılması da bununla əlaqədardır. Həmin zavodun benzin istehsal edən əsas qurğuları hazırda əsaslı təmirə dayandırılıb. Təmirdən sonra zavodda Aİ-95 benzini istehsal edilməyəcək”.ARDNŞ qətiyyətlə bəyan edir ki, dünyanın heç bir ölkəsində avtomobil benzini istehsal edən heç bir emal müəssisəsinə və yaxud heç bir belə müəssisənin səhmlərinə malik deyildir: “Odur ki, Azərbaycana guya ARDNŞ-ın xaricdəki müəssisələrindən benzin gətirilməsi haqqında yayılan məlumatlar yalandır, böhtandır və xalqı aldatmaq məqsədi daşıyır. “Aİ-95 Premium” və Aİ-98 markalı avtomobil benzinlərinin sərbəst bazar qiymətləri ilə idxal olunması haqqında qərar bu fəaliyyət növü ilə məşğul olan treyderlərə imkan verəcək ki, ölkəyə azad bazar şərtlərinə uyğun şəkildə yüksək keyfiyyətli məhsullar idxal etsinlər və bu sahədə tələbatı sağlam rəqabət şəraitində ödəyə bilsinlər. Təsadüfi deyil ki, həmin qərar verildikdən sonra Aİ-98 markalı benzinin qiyməti aşağı düşüb”.ARDNŞ bildirir ki, hazırda dünyanın aparıcı şirkətləri ilə birlikdə layihələndirilən yeni Neft-Qaz Emalı və Neft Kimyası Kompleksinin inşa olunması məqsədilə bütün qüvvələrini səfərbər edib: “Həmin kompleksin tikilib istismara buraxılması ilə Azərbaycanda “Euro-5” standartlarına uyğun yüksək oktan ədədli və keyfiyyətli yanacaq məhsullarına olan tələbat tam şəkildə ödənilə biləcək”.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol