• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın ilk 4 mərtəbəli yolu - FOTOLAR

Azərbaycanın ilk 4 mərtəbəli yolu - FOTOLAR
09.04.2014 12:21

“Hazırda Bakıda Ziya Bünyadov prospektinin Alı Mustafayev, Hüseynbala Əliyev və Əbdülvahab Salamzadə küçələri ilə kəsişməsində - "Xutor dairəsi"ndə yerləşən yol qovşağı kompleksinin tikintisi davam etdirilir və bu işlərin iyun-iyul aylarında başa çatdırılacağı gözlənilir”.

ANS PRESS-in verdiyi məlumata görə, bu sözləri həmin ərazidə tikinti işlərini həyata keçirən şirkətin sahə rəisi Mahir Göyüşov deyib. Onun sözlərinə görə, yol qovşağı kompleksinə 3 tunel, 1 yol ötürücüsü daxildir. “İki gediş, iki gəlişdən ibarət olacaq birinci tunelin uzunluğu 890 metr, eni isə 22 metr olacaq. Tunel vasitəsi ilə 3-cü mkr.bazarı adlanan ərazidən “Xutor dairəsi”nə daxil olmadan Ziya Bünyadov prospektinə nəqliyyat vasitələrinin hərəkəti təmin ediləcək. İki gedişdən ibarət olacaq ikinci tunelin ümumi uzunluğu 450 metr, eni isə 10,5 metr nəzərdə tutulub. Tunel vasitəsi ilə Abdulvahab Salamzadə küçəsindən “Xutor” dairəsinə daxil olmadan Ziya Bünyadov prospektinə nəqliyyat vasitələrinin hərəkəti mümkün olacaq. İki gedişdən ibarət olacaq üçüncü tunelin uzunluğu 832 metr, eni isə 10,5 metr olması planlaşdırılır. Bu tunel vasitəsi ilə nəqliyyat vasitələri Ziya Bünyadov prospektindən “Xutor dairəsi”nə daxil olmadan Abdulvahab Salamzadə küçəsinə heç bir maneəsiz hərəkət edə biləcəklər”, - deyə sahə rəisi bildirib. Qeyd edək ki, uzunluğu 634 metr, eni 12 metr olan yol qovşağı kompleksinə daxil olan yol ötürücü isə Ə.Salamzadə küçəsindən gələn nəqliyyat vasitələrinin Hüseynbala Əliyev və əks istiqamətdə nəqliyyat vasitələrinin hərəkətini təmin edəcək.Xatırladaq ki, "Xutor dairəsi"ndə yerləşən yol qovşağı kompleksində Azərbaycanda ilk dəfə olaraq iki tunel üst-üstə inşa edilir. Tunelin yuxarısındakı yolu və Ə.Salamzadə küçəsindən gələn yol ötürücüsünü nəzərə alsaq, bu layihə 4 mərtəbəli layihə hesab edilir. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol