• $
  • €
  • ₽
  • ₺
  • £

Bu sahibkarlar 7 il vergidən azad olunacaq

Bu sahibkarlar 7 il vergidən azad olunacaq
01.12.2022 11:46
Azərbaycanda kiçik və orta sahibkarlığın (KOS) yeddi il müddətinə vergidən azad edilməsi nəzərdə tutulur.
 
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "KOS imkanlarının genişləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və yaşıl artım" mövzusunda beynəlxalq tədbirin açılış mərasimində çıxışı zamanı deyib.
 
Nazir qeyd edib ki, Azərbaycanda kiçik və orta biznesin (KOB) inkişafı prioritet məsələdir.
 
"Qlobal iqtisadi çağırışlar fonunda güclü biznes sektorunun yaradılması ölkənin gələcək inkişafına töhfə verir. Onu da qeyd etmək istəyirəm ki, enerji daşıyıcılarının yüksək qiymətləri ölkəyə valyuta cəlb etməyə və makroiqtisadi göstəriciləri gücləndirməyə kömək edir", - deyə nazir bildirib.
 
Onun sözlərinə görə, biznesin inkişafının əsas mexanizmləri sahibkarlığa dövlət dəstəyi, stimullaşdırıcı və güzəştli kreditlərdir.
 
"Bu gün ölkədə KOB subyektlərinin sayı 850 mindir.Bundan başqa, biz biznes hesabatlarının verilməsi prosedurlarını sadələşdirmişik. Ölkəmiz "Doung Business” sahəsində yüksək göstəricilərə nail olub. Xüsusilə, KOB-u yeddi il müddətinə vergidən azad etməklə biznes imkanlarının genişləndirilməsi planlaşdırılır. ”

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol