• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda ətin qiyməti 38% artıb - millət vəkili

Bakıda ətin qiyməti 38% artıb -  millət vəkili
01.12.2022 13:28
Son iki ayda Bakıda ətin qiyməti 38% bahalaşıb. Bu barədə millət vəkili Elnur Allahverdiyev şəxsi müşahisələrinə əsaslanaraq məlumat verib. 

"Son iki ayda qoyun ətinin 1 kiloqramının qiyməti əvvəlcə 13 manatdan 15, daha sonra isə 18 manata kimi artıb. Bunun səbəblərini araşdırmaq üçün metodologiya hazırlanmalıdır", - Alalhverdiyev üzvü olduğu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib. 

Onun sözlərinə görə, Azərbaycanın bölgələrində ətin qiyməti baha deyil. Məsələn, Ağcabədidə ətin topdan satış qiyməti 8 manat, pərakəndə satış qiyməti isə 11 manatdır. 

"Ət bölgələrdən  paytaxta gələnə qədər nə üçün bu qədər bahalaşır. Bəlkə ölkə daxilində bir  rüsum sistemi işləyir? Bu araşdırılmalı və qarşısının alınması üçün metodologiya işlənməlidir", - Allahverdiyev bildirib. 
 
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Elmir Bağırov isə bildirir ki, ətin qiyməti sahibkarlar tərəfindən müəyyən edilir, dövlət bu işə müdaxilə etmir. 

"Ət və ət məhsullarınin qiymətləri Tarif Şurası tərəfindn tənzimlənmir. Ətin qiymətinin fərqli olması iqtisadi amillər ilə bağlıdır. Bura nəqliyyat xərcləri də təsir edir. Ətin icarət şəbəkələrinə daşınması və digər xərclər ətin qiymətinin üstünə əlavə olunur",  -  Elmir Bağırov bildirib. 

Onun fikrincə  "Daxili ticarət haqqında” qanun layihəsi təchizatçılar və  ticarət şəbəkələri arasında münasibətləri tənzimləyəcək və qiymətlərə müsbət təsir edəcəkdir. 

O həmçinin Rusiyadan mal ətinin bir kiloqramının qiyməti 3,2 ABŞ dollarına alınsa da  bazarda satış qiyməti qat-qat bahadır. 
 
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin oktyabrında sentyabrı ilə müqayisədə ət və ət məjsullarının qiyməti 2,8% artıb. Ümumilikdə isə ərzaq məhsullarının qiyməti son bir ayda 2,2% artıb. 

N.Təbrizli 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol