• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan iqtisadiyyatı 4,8% artıb

Azərbaycan iqtisadiyyatı 4,8% artıb
13.12.2022 17:56
2022-ci ilin yanvar-noyabrında  Azərbaycanda ÜDM istehsalı 4,8% artıb, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib. 

Qeyri-neft-qaz sektorunda artım 9,2 faiz, neft-qaz sektorunda azalma 2,4 faiz təşkil edib. 

Rəsmi statistikaya görə, 11 ayda Azərbaycanda ÜDM-in nominal həcmi 121,4 milyard manat təşkil edib.

ÜDM-in strukturunda sənayenin payı  52,7 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri 8 faiz, nəqliyyat və anbar təsərrüfatı 5,9 faiz, kənd və meşə təsərrüfatı, balıqçılıq 5 faiz, tikinti 3,8 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə obyektlərinin fəaliyyəti 1,5%, informasiya və rabitə sektoru  - 1,3%, digər sektorlar isə  14,3% təşkil edib. 

Vergilərin ÜDM-də payı 7,5% olub. 

2022-ci ilin yanvar-noyabrında adambaşına düşən ÜDM 12 min 64,2 manat təşkil edib.

Azərbaycan hökuməti 2022-ci il üçün ÜDM artımını 3,5%, nominal həcmini isə 130 milyard manat səviyyəsində proqnozlaşdırır.

2021-ci ildə Azərbaycanda ÜDM artımı 5,6% təşkil edib.
 
N.Təbrzili

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol