• $
  • €
  • ₽
  • ₺
  • £

AYİB Azərbaycan şirkətinə kredit ayırıb

AYİB Azərbaycan şirkətinə kredit ayırıb
13.12.2022 18:02
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın AZ-LEAD MMC-yə 4,2 milyon dollar kredit ayırmağı planlaşdırır. Bu barədə bank məlumat verib. 

Bankın məlumatına  görə, kredit üç elementdən ibarət olacaq: 1 milyon dollar şirkətin cari borcunun yenidən maliyyələşdirilməsinə, 1,9 milyon dollar müəssisənin emal və enerji səmərəliliyinin artırılmasına, 1,3 milyon dollar akkumulyator qırıntılarının alınmasına xərclənəcək.

Kredit cəlb etməklə, AZ-LEAD MMC təkrar qurğuşun istehsalı üzrə gücü hazırkı 7,2 min tondan 17,3 min tona qaldırmağı  planlaşdırır.

Layihənin ümumi dəyəri 4,4 milyon dollardır.

AZ-LEAD MMC Azərbaycanda istismar müddətini başa vurmuş qurğuşun-turşu akkumulyatorlarının emalı yolu ilə ikinci dərəcəli təmizlənmiş qurğuşun istehsalı ilə məşğuldur. Müəssisə 2014-cü ildə yaradılıb və  Sumqayıtda fəaliyyət göstərir. 

Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür.
 
Əməkdaşlıq dövründə bank 184 layihənin həyata keçirilməsi üçün Azərbaycana 3,8 milyard avroya yaxın kreditin ayrılmasını təsdiqləyib. Hazırda bankın Azərbaycandakı aktiv portfelinə 32 layihə daxildir. Bu layihələrin icrasına bank tərəfindən 881 milyon avro ayrılıb.
 
N.Təbrizli

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol