• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell 25 tələbəyə təqaüd ayırdı - FOTO

Azercell 25 tələbəyə təqaüd ayırdı - FOTO
22.12.2022 11:25
Lider operatorun növbəti "Tələbə Təqaüdü" Proqramının nəticələri açıqlandı

"Azercell Telekom” MMC-nin bu ilin oktyabr ayında elan etdiyi "Tələbə Təqaüdü” Proqramının nəticələri müəyyən edilib. Proqrama 1100-dən çox müraciət daxil olub. Mərhələli seçim prosesinin sonunda 25 tələbə Azercell-in təqaüdçüsü adına layiq görülüb. Proqram qalibi olan bu tələbələr ali təhsil müddətinin sonunadək Azercell şirkəti tərəfindən 200 AZN məbləğində aylıq təqaüd alacaqlar. Qeyd edək ki, seçim Marketinq, Biznes Analitikası, Data Elmi, İnformasiya Texnologiyaları, Kibertəhlükəsizlik kimi istiqamətlərin dəyərləndirilməsi üzrə elan edilmişdir.

"Tələbə Təqaüdü” Proqramı yalnız maddi dəstəklə məhdudlaşmır. Təqaüdlə yanaşı, bu gənclər telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanını əldə edirlər.

"Azercell Telekom” MMC korporativ sosial məsuliyyət siyasəti çərçivəsində gənclərə gələcəkdə peşəkar kimi formalaşmasına dəstək verir, onları inkişaf etməyə, bilik və bacarıqlarını üzə çıxarmağa yardım edir. şirkət bu istiqamətdə Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan tələbələri təhsilə, yeni texnologiyaların öyrənilməsinə həvəsləndirmək məqsədilə müxtəlif layihələr həyata keçirir.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol