• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın aqrar sektorunda 2031-ci ilədək 4 %-lik artım tempini saxlamaq üçün yollar açıqlanıb

Azərbaycanın aqrar sektorunda 2031-ci ilədək 4 %-lik artım tempini saxlamaq üçün yollar açıqlanıb
11.02.2023 10:04
2023-2030-cu illər ərzində meyvəçilik, taxılçılıq, texniki bitkilər, heyvandarlıq sahələrinin intensiv inkişafı hesabına aqrar sahədə orta illik artım tempi 4 % olaçağı proqnozlaşdırılır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadənin verdiyi açıqlamasına görə, bu, Mərkəz tərəfindən hazırlanan 2023-2030-cu illər üzrə kənd təsərrüfatının artım tempinin ilkin prqonozlarında nəzərdə tutulub.

Məhz dövlət dəstəyi tədbirləri hesabına artım templəri, indiyənə qədər olduğu kimi 4 % səviyyəsində qorunub saxlanılır: "İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və digər beynəlxalq təşkilatlar dünyada aqrar sahənin artımını müxtəlif ölkələr qrupu üzrə 1-2 % civarında proqnozlaşdırırlar”.

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru deyib ki, Azərbaycanda aqrar sahə üzrə artımın bir mənbəyi intensiv meyvəçiliklə bağlıdır: "İntensiv meyvəçilikdə Azərbaycanda bir neçə istiqamət var. Çəyirdəkli meyvələr qrupuna daxil olan gilas, gilanar, gavalı, ərik, şaftalı kənd təsərrüfatında kommersiya yönümlü yeni bir sahədir. Bu, son illərin trendidir. 2022-ci ildə 60 min tondan çox çəyirdəkli meyvələr ixrac olunub, bu isə, tarixi bir rekorddur.

Kənd təsərrüfatında artımı gözlədiyimiz ikinci sahə fındıq və badamdır. Fındıqçılıq Azərbaycanda ənənəvi sahədir, badam istehsalı da artacaq və bu trendə qoşulacaq.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol