• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan elektrik enerjisi istehsalını 8%, ixracı 2 dəfə artırıb

Azərbaycan elektrik enerjisi istehsalını 8%, ixracı 2 dəfə artırıb
14.02.2023 15:13
2023-cü ilin yanvarında Azərbaycanda elektrik enerjisi istehsalı 2022-ci ilin yanvarı ilə müqayisədə 7,7% artaraq 2 milyard 755,9 min kVt/saat təşkil edib. Bu barədə ölkənin energetika naziri Pərviz Şahbazov Tvitter hesabnda bildirib.

"2023-cü ilin yanvarında operativ məlumatlara əsasən, Azərbaycanda elektrik enerjisi istehsalı 7,7% artaraq 2 milyard 755,9 milyon kilovatsaata çatıb. Bununla yanaşı, Azərbaycandan elektrik enerjisinin ixracı 512,6 milyon kilovatsaat, idxalı isə 10,8 milyon kilovatsaat təşkil edib”, -  Şahbazov  yazıb.

2022-ci ilin yanvarında Azərbaycandan elektrik enerjisinin ixracı 247,2 milyon kilovatsaat, idxalı isə 10,7 milyon kilovatsaat təşkil edib.

Belə ki, 2022-ci ilin yanvarında ixrac 2,1 dəfə, idxal 0,9% artıb.

2022-ci ildə Azərbaycanda elektrik enerjisinin istehsalı 28 milyard 988,5 min kilovatsaat (artım 4 faiz) təşkil edib. Bununla yanaşı, Azərbaycandan elektrik enerjisinin ixracı 3 milyard 3,8 milyon kilovatsaat (artım 79,5 faiz), idxalı isə 137,1 milyon kilovatsaat (azalma 9,6 faiz) təşkil edib.
 
N.Təbrizli

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol