• $
  • €
  • ₽
  • ₺
  • £

Daşınmaz əmlakın icarəsindən dövlət büdcəsinə daxilolmalar artıb - NAZİR

Daşınmaz əmlakın icarəsindən dövlət büdcəsinə daxilolmalar artıb - NAZİR
23.02.2023 14:21
2022-ci ildə daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 24,8 milyon manat daxil olub, bu da 2021 ci il ilə müqayisədə 53,3 % çoxdur. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter hesabında yazıb.

Nazirin  sözlərinə görə, büdcə gəlirlərinin formalaşmasında dövlət əmlakının idarəedilməsi sahəsindən daxilolmaların rolu artır.
 
2022-ci ildə dövlət əmlakları üzrə 3 819 yeni icarə müqaviləsi bağlanılıb ki, bu da 2021-ci illə müqayisədə 2 dəfədən çoxdur.

Məlumata görə, torpaq sahələrinin icarəyə verilməsi sahəsində yeni müqavilələrin sayı 2021-ci illə müqayisədə 3 dəfəyə yaxın artaraq 2 961 təşkil edib.
 
2022-ci il ərzində 304 kiçik dövlət müəssisə və obyekti, 16 açıq səhmdar cəmiyyətinin səhmləri, 262 obyektin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahəsi, 513 nəqliyyat vasitəsi özəlləşdirilib. Keçən il dövlət əmlakının özəlləşdirilməsi məqsədilə ümumilikdə 60 hərrac təşkil edilib.
 
 Aytac



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol