• $
  • €
  • ₽
  • ₺
  • £

BP bu il Azərbaycanda 4,7 milyon ton neft hasil edib

BP bu il Azərbaycanda  4,7 milyon ton neft hasil edib
11.04.2023 15:47
BP-Azərbaycan "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda 2023-cü ilin yanvar-martında 4,7 milyon ton neft hasil edib.  Bu barədə Energetika Nazirliyi məlumat yayıb.
   
Azərbaycanda fəaliyyətə başlayandan bəri BP 613 milyon tondan çox neft və kondensat hasil edib ki, bunun da 572 milyon tonu "Azəri-Çıraq-Günəşli” yatağında hasil edilib. "Şahdəniz” yatağından kondensat hasilatı 41 milyon ton təşkil edib.
     
Xarici şirkətlərin konsorsiumu tərəfindən hasilata başlanandan 2023-cü il aprelin 1-dək hasil edilən neft və kondensatın ixracı 611 milyon ton təşkil edib.
     
2023-cü ilin birinci rübündə BP-nin "Şahdəniz” yatağından qaz hasilatı 6,7 milyard kubmetr, "Azəri-Çıraq-Günəşli”dən səmt qazı isə 3,3 milyard kubmetr təşkil edib.
   
 Ümumilikdə, 2023-cü ilin yanvar-martında Azərbaycanda neft hasilatı 7,7 milyon ton, qaz hasilatı 12,2 milyard kubmetr təşkil edib. Bunun 1,9 milyon ton neft və  2,2 milyard kubmetr qaz isə Azərbaycan Dövlət Neft Şirkətinin payına düşüb.
 
N.Təbrizli

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol