• $
  • €
  • ₽
  • ₺
  • £

ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi” başlandı!

ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi” başlandı!
11.04.2023 17:23
ABB-nin tərəfdaşlığı ilə ADA Universitetində növbəti "Karyera Həftəsi”nə start verilib. Aprelin 19-a qədər davam edəcək "Karyera Həftəsi”nin məqsədi tələbə və məzunları ölkəmizin əmək bazarı, mövcud karyera imkanları ilə tanış etməkdir.

ADA-nın hər il ənənəvi qaydada keçirdiyi "Karyera Həftəsi”ndə müxtəlif müzakirə panelləri, seminar və təqdimatlar təşkil olunur. Bu tədbirlərdə ayrı-ayrı qurumların rəhbər təmsilçiləri də iştirak edir. Universitetin tələbə və məzunları onlarla tanış olur, işgüzar əlaqələr qururlar.

"Karyera Həftəsi”nin açılışında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov da iştirak edib. O, özünün təhsil, karyera və fərdi inkişaf təcrübəsini tələbələrlə bölüşüb. Uğur qazanmaq üçün gəncləri qarşılarına böyük hədəflər qoymağa və hər gün məqsədlərinə doğru ardıcıl addımlar atmağa çağırıb: "Özünəinamın gücü, sevdiyiniz işlə məşğul olmaq və daim öyrənərək dəyişmək sizi mütləq hədəflərinizə çatdıracaq. ADA Universiteti ilə birgə təşkil etdiyimiz bu "Karyera Həftəsi” kimi tədbirlərin də gələcəyiniz üçün nə qədər böyük fürsətlər olduğunu vurğulamaq istərdim. Belə tədbirlər tələbələrə gələcək karyeraları üçün çox faydalı biliklər qazandırır, bir çox zəruri bacarıqlarını inkişaf etdirir, müxtəlif qurumlardan olan peşəkarlarla işgüzar əlaqələr qurmaq imkanı yaradır. Belə tədbirlərə dəstəyimizlə istedadlı gənclərimizə yeni imkanlar yaratmaqdan ABB olaraq qürur duyuruq”.

ABB-nin tərəfdaşlıq dəstəyi ilə təşkil olunmuş "Karyera Həftəsi”nə 20-dən çox qurum qatılıb. Tələbələr qarşıdakı günlər ərzində bu qurumların təmsilçilərinin iştirakı ilə maraqlı təqdimatlar dinləyəcək, gələcək karyera həyatları üçün faydalı məlumatlar alacaqlar.  

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. 



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol