• $
  • €
  • ₽
  • ₺
  • £

Bu ölkələr inflyasiya və borclanma səbəbindən 800 milyard dollar itirəcək

Bu ölkələr inflyasiya və borclanma səbəbindən 800 milyard dollar itirəcək
13.04.2023 17:17
BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) dərc olunmuş yeni hesabatına görə 2023-cü il qlobal iqtisadiyyat 2,3 faiz artacaq. Hesabatda qeyd olunub ki, maliyyə böhranı və qlobal iqtisadiyyatın yavaşlaması fonunda inkişaf etməkdə olan ölkələr illərdir iqtisadi çətinliklərlə üzləşirlər. 

Ekspertlər vurğulayırlar ki, qlobal iqtisadiyyatın orta illik artım templəri pandemiya və hətta qlobal iqtisadi böhrandan əvvəlkindən aşağıdır. İqtisadçılar xəbərdarlıq edirlər ki, yüksək inflyasiya və artan faiz dərəcələri yaxın illərdə inkişaf etməkdə olan ölkələrdən gələn gəlirləri 800 milyard dollardan çox azaldacaq.

UNCTAD-ın məlumatına görə, 81 inkişaf etməkdə olan ölkə (Çin istisna olmaqla) 2022-ci ildə beynəlxalq ehtiyatlarında 241 milyard dollar itirib, onların bir çoxu əlavə Xüsusi Borc Hüquqları (SDR) ehtiyatlarını tükəndirib.

68 inkişaf etməkdə olan bazarlar üçün borclanma dəyəri 5,3%-dən 8,5%-ə yüksəlib.
 
UNCTAD inkişaf etməkdə olan ölkələrə xarici kreditorların təzyiqinin artacağını gözləyir.

Ekspertlər vurğulayırlar ki, kritik borclar inkişaf böhranına və daha da böyük bərabərsizliyə səbəb olacaq. Onlarla ölkə kreditorlara yeni kreditlərdə aldıqları məbləğdən daha çox pul ödəyəcək və nəticədə sosial xərcləri azaldacaq.

UNCTAD qeyd edir ki, bu gün xarici borcun xidmətinə səhiyyədən daha çox pul xərcləyən ölkələrin sayı 62-yə çatıb.
 
Gülnar Nazimqızı 



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol