• $
  • €
  • ₽
  • ₺
  • £

"Dilmanc"ın yeni versiyası istifadəyə verildi

"Dilmanc"ın yeni versiyası istifadəyə verildi
18.03.2014 21:36

"Dilmanc" tərcümə sisteminin yeni versiyası istifadəyə verildi. Bu versiyada mətnləri Azərbaycan, İngilis və Rus dilləri arasında daha yüksək keyfiyyətlə tərcümə etmək, sözlərin lüğətdəki tərcümələrinə baxmaq, alınmış mətnin səslənməsinə qulaq asmaq və digər yeni imkanlar əlavə edilmişdir. Yeni versiyanın əsas imkanları aşağıdakılardır:

 

Mətnin avtomatik tərcüməsi sistemi vasitəsi ilə mətnləri Azərbaycan dilindən İngilis və Rus dillərinə və əksinə daha keyfiyyətlə tərcümə etmək mümkündür.

 

Proqarmın lüğət bölməsinə tək söz daxil etdikdə həmin sözün lüğətdəki tərcüməsi, nitq hissələri, sinonimləri və s. informasiyaya baxmaq mümkündür. "Nümunələr" düyməsinə basmaqla həmin sözün işləndiyi cümlələr və onların tərcümələri avtomatik  görünür.

 

Mətnin səsləndirilməsi

 

Tərcümə nəticəsində alınmış mətn çox uzun və yorucudursa, "Səsləndir" düyməsinə basmaqla həmin mətnin səsli oxunuşuna qulaq asa bilərsiniz.

 

Mobil qurğulara yüklənə imkanı

 

“Android” əsasında işləyən telefon və planşetlərinizə "Dilmanc Mobile Translator" proqramını yükləməklə şifahi danışığı, mətni və tək sözləri Azərbaycan, İngilis və Rus dilləri arasında tərcümə edə bilərsiniz. Bu proqram istifadəçilər arasında böyük populyarlıq qazanaraq, "Play Store"-da istifadəyə verildiyi gündən 2 ay müddət ərzində 40 min dəfəyə yaxın yüklənib.

 

Proqramın yeni versiyası http://dilmanc.az/ saytında onlayn tərcümə portalı kimi istifadəyə verilib və artıq proqramı kompüterə yükləməyə ehtiyac yoxdur. Bu həmçinin bütün əməliyyat sistemləri və mobil qurğularda istifadə edilə bilmə baxımından əlverişlidir.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol