• $
  • €
  • ₽
  • ₺
  • £

“Şahdəniz”ə birinci rübdə çəkilən xərclərin həcmi açıqlanıb

“Şahdəniz”ə birinci rübdə çəkilən xərclərin həcmi açıqlanıb
04.05.2023 13:56
2023-cü ilin birinci rübündə "Şahdəniz” qaz-kondensat yatağı üzrə fəaliyyətlərə təxminən 678 milyon dollar əməliyyat xərcləri çəkilib.
Bu barədə BP-nin birinci rübünün nəticələrinə dair hesabatında bildirilib.
 
Bildirilir ki, xərclərin böyük əksəriyyəti "Şahdəniz-2” layihəsinə aid olub.

""Şahdəniz” yatağından Azərbaycan (Azərkontrakt ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına ümumilikdə - "Şahdəniz Alfa” və "Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 7 milyard kubmetr qaz və 1 milyon tondan çox kondensat hasil edilib.

Ümumilikdə "Şahdəniz-2” çərçivəsində 21 quyu qazılıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında üç quyu daxildir”, - hesabatda qeyd olunur.
 
2023-cü ilin yanvar-martında Azərbaycanda neft hasilatı 7,7 milyon ton, qaz hasilatı 12,2 milyard kubmetr təşkil edib. Bunun 1,9 milyon ton neft və  2,2 milyard kubmetr qaz isə Azərbaycan Dövlət Neft Şirkətinin payına düşüb.
 
Aytac

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol