• $
  • €
  • ₽
  • ₺
  • £

SOFAZ aktivləri artıb

SOFAZ aktivləri artıb
12.05.2023 15:56
Dövlət Neft Fondunun (SOFAZ) aktivləri 54 milyard ABŞ dollarını keçib. Bu barədə SOFAZ məlumat yayıb. 

Məlumata görə, bu rəqəm fond yaradılarkən (1999-cu ildə, red) 271 mil­yon ABŞ dol­la­r olub.

Fondun investisiya portfelinin 61%-i istiqrazlarda və pul bazarı alətlərində (2022-ci ilin sonuna - 62,1%), 21,1%-i səhmlərdə (2022-ci ilin sonunda - 19,6%), 5,7%-i - daşınmaz əmlakdadır (2022-ci ilin sonunda - 6,2%). Qızılın investisiya portfelində payı 12,1% (2022-ci ilin sonunda - 12,1%) təşkil edir ki, bu da 101,8 tona (2022-ci ilin sonunda - 101,8 ton) ekvivalentdir.

Fonddan verilən məlumata görə, SOFAZ vəsaitlərinin 96,2%-i yüksək reytinqli A, AA və AAA aktivlərində yerləşdirilib.

SOFAZ investisiya portfelinin 35,8%-i Şimali Amerikada, 28,7%-i Avropada, 15,1%-i Asiya-Sakit Okean regionu ölkələrində, 0,1%-i Cənubi Amerikada, 0,3%-i isə ölkədə yerləşdirilib. 
 
Azərbaycan Neft Fonduna neft və qaz müqavilələrinin həyata keçirilməsindən,  neft və qazın ölkə ərazisindən nəqli üçün tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və s.əldə edilən vəsaitlər daxil olur.
 
2022-ci ildə ARDNF hərraclarda 4 milyard 681,8 milyon ABŞ dolları məbləğində  xarici valyuta satıb. Bu da 2021-ci ildən 30% azdır. 
 
Aytac Zeynalova

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol