• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya Bankı: Azərbaycanın xarici ticarət profisiti ÜDM-in 20%-nə çatıb

Dünya Bankı: Azərbaycanın xarici ticarət profisiti ÜDM-in 20%-nə çatıb
20.05.2023 14:16

Yüksək enerji qiymətləri Azərbaycanın xarici ticarət profisitini ÜDM-in 20%-nə çatdırıb.

Bu barədə Dünya Bankının Azərbaycan üzrə yeni aylıq iqtisadi bülletenində bildirilib.

"Enerji ixracı hesabına ticarət profisiti fevralda ÜDM-in 16,8%-dən mart ayında ÜDM-in 20%-nə yüksəlib. İxrac mart ayında illik müqayisədə 60% artıb. Neft-kimya ixracının azalması səbəbindən qeyri-enerji ixracı 2% azalıb" -Dünya Bankının şərhində bildirilib.

Qeyd edilib ki, 2023-cü ilin birinci rübündə iqtisadiyyat illik ifadədə 0,4% artıb. İnflyasiya illik ifadədə yüksək, 13,7% səviyəsində qalıb. Buna cavab olaraq Mərkəzi Bank baza uçot dərəcəsini 9%-ə qaldırıb.
 
Dünya Bankının hesabatında əlavə edilib ki, cari xərclərin artımı səbəbindən mart ayında büdcədə kəsir qeydə alınıb: "Büdcədə mart ayında ÜDM-in 1,6%-i nisbətində kəsir yaranıb. 2023-cü ilin 1-ci rübündə isə büdcə profisiti ÜDM-in 5,7 faizinə kimi azalıb".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol