Mikayıl Cabbarov: KOB-lardan vergi daxilolmaları 61 % artıb

Ötən il Azərbaycanda kiçik və orta biznes subyektləri üzrə vergi daxilolmaları 2021-ci illə müqayisədə 61 % artaraq 2,9 milyard manata çatıb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında yazıb.
Mikayıl Cabbarov bildirib ki, hesabat dövründə KOB-lar üzrə dövriyyə isə 2021-ci illə müqayisədə 19 % artaraq 38,8 milyard manata çatıb.
"Bu gün Mikro, Kiçik və Orta Müəssisələr Günü qeyd olunur. KOB subyektlərinin fəaliyyətinin təşviqi iqtisadiyyatımızın şaxələnməsinə və qeyri-neft sektorunun inkişafına mühüm töhfələr verir. 2018-ci ildən 2021-ci ilə qədər olan dövr ərzində ölkəmizdə KOB subyektlərinin sayı 45 % artaraq 355 906-ya və qeyri-neft ÜDM-də payı 23,5 %-dən 26,6 %-ə yüksəlib.
Sahibkarlarımıza davamlı uğurlar və nailiyyətlər arzulayırıq", - nazir qeyd edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Son xəbərlər 
Daha çox 



















